Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Yerevana inanmırıq, bizi yalnız Azərbaycan xilas edəcək” - Tamella Arzumanyan

Tarix: 25-01-2017 16:19     Baxış: 7408 A- / A+
“Yerevana inanmırıq, bizi yalnız Azərbaycan xilas edəcək”


Bir müddət öncə haqqin.az və virtualaz.org Ermənistandan ictimai fəal Tamella Arzumanyanın və onun əri Ovanes Torosyanın Azərbaycan hakimiyyətinə videomüraciətini yayımlamışdı. Həmin müraciətdə erməni fəallar ailələrinin Azərbaycanda qəbul edilməsini və onları uzun illər ərzində Serj Sarkisyanın cinayətkar rejimi tərəfindən izlənmələrdən xilas etməyi xahiş edirdilər. Daha sonra T.Arzumanyan saytımıza müsahibə verərək, Bakı sülh platformasını dəstəklədiyini bildirmişdi. Sonradan o, Platformaya qoşuldu.

Bundan dərhal sonra Arzumanyan ailəsinə doğma ölkəsinin güc strukturları tərəfindən təzyiqlər artmağa başlayıb. Onlara sözlərini geri götürmək əmr olunub. Əks halda fiziki olaraq məhv ediləcəkləri bildirilib.

Lakin açıq-aşkar psixoloji terrora baxmayaraq, nə Arzumanyan, nə də əri Torosyan qərarlarını dəyişməyiblər. Hərəkətlərinin qeyri-qanuniliyinin dilə-dişə düşməsindən çəkinən xüsusi xidmət orqanları bütün dünyada humanitar funksiyaları yerinə yetirən strukturu işə salıblar.

İctimai fəalın evinə hər hansı dəvət olmadan Ermənistan ombudsmeni Arman Tatoyanın nümayəndələri – müavini Qraçya Palkyan və cinayət-prosessual işlər və hərbçilərin işləri üzrə idarənin rəisi Aram Minasyan təşrif buyurublar.

“Yerevana inanmırıq, bizi yalnız Azərbaycan xilas edəcək”

Təmsil etdikləri orqanın əsas vəzifəsinin nə olduğunu büsbütün unudan “ədalət müdafiəçiləri” MTX funksiyalarını üzərlərinə götürərək, Tamelanı və ərini qorxutmağa və Azərbaycanda onları gözləyən “dəhşətlər”i təsvir etməyə başlayıblar. Guya ki, əvvəlcə onlara fiziki işgəncələr veriləcək, zorlanacaqlar, son nəticədə isə öldürüləcəklər. Bu “dilətutma” düz 5 saat davam edib.

Sonradan ombudsmenin nümayəndələri Arzumanyanı və Torosyanı inandırmağa çalışıblar ki, onların tərəfindədirlər və öz ölkələrində onları kiminsə narahat etməsinə imkan verməyəcəklər. Yeganə şərt isə müraciəti geri götürmək olub.

T.Arzumanyan açıq şəkildə bildirib ki, Yerevan məmurlarının yeni yalanına inanmır və əmindir ki, xilası Azərbaycana çoxdan gözlədiyi qayıdışdadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar