Sizin Reklam Burada
Xəbər lenti
06 aprel
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

İşğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib

Tarix: 16-03-2020 10:58     Baxış: 446 A- / A+
İşğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı erməniləşdirilib


Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.

Manevr.az bildirir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Geodeziya və Kartoqrafiya MMC"nin direktor müavini Müqabil Bayramov deyib.

Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan "Dağlıq Qarabağ" atlasında qeyd edilib.

M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:

"Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında "Кавказскаго края" adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb.

M.Bayramov Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün "Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi" və "Azərbaycan hidronimləri xəritəsi"ni alimlərlə birlikdə hazırlayıb nəşr ediblər:

"Müəssisəmizdə nəşr edilən "Azərbaycanın tarixi atlası", "Azərbaycan Səfəvilər dövləti (XVI əsr)" , "Qafqaz 1903-cü il" və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, "Qafqaz 1903-cü il" xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib".

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar