Sizin Reklam Burada
Xəbər lenti
01 aprel
31 mart
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub

Tarix: 29-02-2020 17:09     Baxış: 4113 A- / A+
Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qarabağ həqiqətlərindən bəhs edən, real hadisələr əsasında çəkilmiş “Son nəfəsədək” filmi nümayiş olunub.

Manevr.az xəbər verir ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov vətənpərvərlik mövzusunda çəkilən filmin müasir dövr üçün önəmindən danışıb. Ekran əsərinin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsi tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərin və ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarların və “dəyirmi-masa”ların təşkilini həyata keçirir.

“Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov ekran əsərinin sujet xəttindən, hadisələrin necə cərəyan etməsindən danışıb. Bildirib ki, film Qarabağ müharibəsinin başlanğıcında aparılan mübarizədən bəhs edir. Süjet xəttini filmin qəhrəmanı Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidlik təşkil edir.

Daha sonra tələbələr ekran əsərində Yuxarı Veysəlli kəndinin özünümüdafiə dəstəsinin son nəfəsədək qəhrəmanlıqla vuruşaraq dinc sakinlərin həyatını xilas etmələrini əks etdirən döyüş yolu ilə tanış olublar.

Sonra filmin mövzusu və Qarabağ həqiqətləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Son nəfəsədək” filminin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur.

Ekran əsərində baş rollarda İlqar Cahangirov, Elşən Rüstəmov, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkiliblər. Filmin çəkilişi Füzuli rayonunda və Bakı şəhərində aparılıb.
Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub

Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub
Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub


Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub
Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub
Aİİ-də “Son nəfəsədək” filmi nümayiş olunub








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar