Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

`Ordumuz hər an müharibə başlaya bilər` - General Aydəmirov

Tarix: 29-12-2016 13:55     Baxış: 4442 A- / A+
`Ordumuz hər an müharibə başlaya bilər`


“Ermənilər heç nə edə bilməyəcəklər. Azərbaycan ordusunun qarşısını ala bilməyəcəklər”.

Bunu sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərmələrinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır:

“Ermənilərin indi tək bir yolları qalıb. Ya haradasa təxribat yaratmağa cəhd edirlər və ya hansısa yaşayış məntəqəsini atəşə tuturlar. Buna da nail ola bilmirlər. Azərbaycan ordusu daha ağır zərbələr vuracaq. Azərbaycan ordusu hər zaman, hər an, gecə-gündüz, erməni təxribatının qarşısını alacaq. Ordumuz hər an müharibə başlaya bilər. Hər an Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə başlaya bilər. Bunun üçün də kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var. Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan ordusu hər zaman hazır vəziyyətdədir”.

Y. Aydəmirov bildirib ki, ermənilər sadəcə olaraq özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə edirlər: “Bu isə qətiyyən mümkün deyil” -, deyə o, vurğulayıb.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.AzVision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar