Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub -ŞƏKİLLƏR

Tarix: 18-02-2020 22:19     Baxış: 4314 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı keçirilib.
Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsinin yalnız ölkəmizə qarşı yönəlmədiyini, bunun eləcə də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktı olduğunu, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsinin yerlə-yeksan olunaraq dağıdıldığını bildirib. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini də vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev Azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, film Vətənimizin ayrılmaz tərkib hissəsi olan doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsusluğu, bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımıza

Ermənistanın ərazi iddiaları haqqındadır. Bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması sənədli filmin əsas məqsədini təşkil edir.

Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə bəhs edilir. Həmçinin Orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyan, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “Çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.

“Qarabağ: əcdadlarımızın mirası” Azərbaycanda sözügedən bölgənin bütün tarixi dövrlərini və müasir işğal mərhələsini orijinal çəkiliş materialları, arxiv sən
ədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.

Manevr.az


Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub
Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub

Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub
Azərbaycan İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar