Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı - "Azərbaycan imkan vermir"

Tarix: 28-12-2016 09:21     Baxış: 5388 A- / A+
Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqda dünən yekunlaşan növbəti sammitində sözügedən hərbi bloka baş katib təyin etmək yenə mümkün olmayıb.

Manevr.az xəbər verir ki, bu barədə blokun indiki baş katibi Nikolay Bordyuja jurnalistlərə bildirib. Bordyuja deyib ki, məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növəti sammitində baxılacaq.

O, bunun səbəbini indiki sammitdə Belarus nümayəndə heyətinin iştirak etməməsi nəticəsində kvorumun olmaması ilə izah edib. “Bildiyiniz kimi nümayəndə heyətlərindən biri sammitdə iştirak etməyib və nəticədə baş katibin seçilməsi üçün kvorum olmayıb”-Bordyuja deyib.

KTMT-nin baş katibi postuna Ermənistan nümayəndəsinin təyin olunması razılaşdırılmışdı və bu vəzifəyə namizəd kimi keçmiş müdafiə naziri Seyran Ohanyanın adı çəkilirdi. Lakin Ohanyan həmin vəzifədən imtina edib və siyasətə qatılmağı qərara alıb.

Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı

Qeyd edək ki, Belarusun nümayəndə heyəti bu sammitdə iştirak etməyib.Amma Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl demişdi ki, Belarusun sammitə qatılmaması nəzərdə tutulan sənədlərin imzalanmasını əngəlləməyəcək və həmin sənədlər imzalanmaq üçün Minskə göndəriləcək. Xatırladaq ki, baş katiblik məsələsi 2 ay əvvəl Yerevan sammitində də təxirə salındı. Həmin vaxt isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə gəlməmişdi və bunun səbəbi onun xəstə olması ilə izah edilmişdi. Ermənistan prezidenti Serj Sərkisyan həmin vaxt məsələnin Sankt-Peterburq sammitinə qaldığını demişdi.

2003-cü ildən təşkilata Rusiyanın nümayəndəsi Nikolay Bordyuja baş katiblik edir.Baş katiblik hələ 1 il əvvəl rotasiya üzrə Ermənistana keçməli idi, amma 2015-ci ilin dekabrında Moskva sammitində Bordyujanın müddəti daha 1 il uzadıldı.

Ermənistanlı politoloq Stepan Qriqoryan “Azadlıq” radiosunun erməni xidmətinə deyir ki, Azərbaycanla yaxın hərbi-siyasi münasibətləri olan Belarus prezidenti Lukaşenkonun sammitə qatılmaması ola bilsin ki, baş katibliyin Ermənistana keçməsi ilə bağlıdır. “Problem nədədir ?Ondadır ki, Azərbaycan Belarus, Qazaxıstan, həmçinin Rusiyaya bildirib ki, Ermənistandan olan generalın təşkilata baş katiblik etməsinə qarşıdır. Belə çıxır ki, təşkilata üzv olmayan Azərbaycanın bu bloka təsiri Ermənistandan daha böyükdür”, deyə Qriqoryan vurğulayıb.

Erməni generalının KTMT-yə rəhbərliyi yenə baş tutmadı

Xatırladaq ki, iki ay əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT-nin İrəvandakı sammitinə qatılmayanda rəsmi Astana bunu prezidentin soyuqlaması ilə əsaslandırmışdı. Lakin Ermənistanda və Rusiyada belə şübhələr yarandı ki, ola bilsin Nazarbayev Azərbaycana görə və erməni generalın KTMT-yə baş katib olmasına səs verməmək üçün sammitə getməyib. İndi isə Azərbaycanın daha bir yaxın dostu-Aleksandr Lukaşenko KTMT-nin sammitini boykot edir. Bu, Belarusla Rusiya arasında münasibətlərdəki yeni narazılıq dalğası ilə bir vaxtda baş verir. Ancaq o da istisna deyil ki, Lukaşenko Azərbaycanla müttəfiqlik münasibətlərini nəzərə alaraq sammitdə iştirak etməyib. Nəticədə Ermənistanın bu blokda “söz sahibi” olmaq planları pozulub.

Ötən gün sammitdə Ermənistan prezidenti Serj Sərkisyan acıqlı çıxış edərək deyib ki, Azərbaycan Ermənistana qarşı minomyotlardan, digər silahlardan atəş açanda eyni zamanda Düşənbəni, Astananı, Minski, Moskvanı hədəf almış olur. Çünki KTMT-nin nizamnaməsində üzvlərdən birinə qarşı hücum digərlərinə də hücum kimi qiymətləndirilir. Lakin Sərkisyana görə KTMT bu hallar qarşısında səsini çıxarmır.(virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar