Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Tarix: 03-01-2020 17:25     Baxış: 4399 A- / A+
Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Xəbər verdiyimiz kimi, yanvarın 2-də Türkiyə Böyük Millət Məclisində Liviyaya əsgər göndərilməsi ilə bağlı qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Müzakirələr zamanı İYİ Partiyadan olan millət vəkili Aytun Çıray çıxış edərək sənədi kəskin tənqid edib. Liviyaya əsgər göndərilməsinə etiraz edən millət vəkili Qarabağın işğal altında olmasını xatırladıb:

“Qardaş Azərbaycan torpaqlarının 20 faizi tam qanunsuz olaraq işğal altındadır. Haydı, qalxın, gedək, oranı qurtaraq. Niyə etmirsiniz?”

Qeyd edək ki, Aytun Çırayın Qarabağla bağlı qaldırdığı məsələ cavabsız qalıb.

Manevr.az xəbər verir ki, modern.az İYİ Partiya təmsilçisinin təklifi ilə bağlı Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın fikirlərini öyrənib.

Türkiyəli deputat ölkəsinin hər zaman Azərbaycana dəstək olduğunu qeyd edib:

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bunu dünya-aləm bilir. Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bir gün Azərbaycana getməyə ehtiyac olsa, Türkiyə Azərbaycanın yanında olacaq. Onsuz da bizim əlaqələrimiz ən yaxşı şəkildə davam edir. Azərbaycan bizim canımız, qanımızdır. Qarabağ bizim də, 82 milyon türkün də qanayan yarasıdır. O baxımdan, təbii ki, Azərbaycanın bayrağı sonsuza qədər dalğalanacaq”.
Türkiyə Qarabağa niyə qoşun yeritmir? - Türk millət vəkili AÇIQLADI

Şamil Ayrım onu da vurğulayıb ki, Türkiyə Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasını istəyir.

“Əlbəttə, belə bir şey olsa, azərbaycanlı qardaşlarımızın yanında yer alacağımızı dünya-aləm bilir. Amma biz rəhmətlik Atatürkün dediyi kimi, bu işin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. “Yurdda sülh, cahanda sülh!” prinsipi ilə heç bir gəncimizin, heç bir insanımızın burnunun qanamasını istəmirik. Amma yenə ə deyirəm, şərtlər başqa cür olsa, Türkiyə Azərbaycanın yanındadır”, - deyə millət vəkili bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar