Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Çıraqovların işi”nə görə Ermənistana vaxt verildi - Avropa Məhkəməsində

Tarix: 22-12-2016 17:03     Baxış: 5456 A- / A+
 “Çıraqovların işi”nə görə Ermənistana vaxt verildi


Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə əlaqədar Ermənistana vaxt verib.

Manevr.az bildirir ki, bu barədə azvision.az-a Laçın rayonundan məcburi köçkün düşən Fəxrəddin Paşayev bildirib. O, qeyd edib ki, Ermənistan höküməti proseslə bağlı dekabrın 30-a qədər onlara vaxt verilməsini istəyib:
“10 gün əvvəl London Demokratik Proqres İnstitutunda vəkillərimizlə görüş keçirdik. Sentyabrın 16-da Ermənistan tərəfinə verilən vaxt başa çatmışdı. Biz görüşdə Avropa Məhkəməsinin qərarının icrasının niyə gecikdiyini öyrəndik. Bildirdilər ki, Ermənistan höküməti dekabrın 30-a qədər vaxt istəyib”.

F.Paşayev vurğulayıb ki, Ermənistana verilən vaxt başa çatdıqdan sonra onların vəkilləri qərarın tezləşməsi və prosesin sürətləndirilməsi üçün məhkəməyə ərizə ilə müraciət edəcəklər.

“Ermənistan höküməti bəyan edib ki, onlar Avropa Nazirlər Komitəsi ilə dəymiş ziyanın ödənilməsi üçün yeni mexanizm üzərində işləyirlər və buna görə vaxt verilməlidir. Vəkilərimizdən xahiş etdik ki, bundan sonra Avropa Nazirlər Kabineti ilə hansısa mexanizm işləniləcəksə, onun bizim qərara şamil olunmaması ilə bağlı məhkəmə qarşısında məsələ qaldırsınlar. Konkret məhkəmənin qərarı var və məhkəmənin qərarının icra olunmasını tələb edirik”, – deyə məcburi köçkün əlavə edib.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxardığı gündən (16 iyul 2015-ci il) xeyli vaxt keçib. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.

Avropa Məhkəməsi müəyyən edib ki, 12 ay ərzində vətəndaşlarımız cavabdeh dövlətlə kompensasiya məbləği ilə bağlı razılığa gəlməlidir. Əgər razılığa gəlməsələr, onda Avropa Məhkəməsi özü bu məsələyə baxıb qərar çıxaracaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar