Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Yaralanan erməni hərbçilər taleyin ümidinə buraxılıblar" - erməni deputat

Tarix: 17-12-2016 17:40     Baxış: 4568 A- / A+
"Yaralanan erməni hərbçilər taleyin ümidinə buraxılıblar"


Ermənistanın “İrs” müxalifət partiyasının üzvü, deputat Anahit Baxşyan qondarma “DQR”in baş nazirinin müavini Artur Ağabekyanı məhkəməyə vermək niyyətindədir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, deputat "1in.am" xəbər portalına müsahibəsində bu addımı “Martik” (Döyüşçü) fonduna toplanmış pulların yox olmasına görə atacağını bildirib, hərbi qulluqçuların müalicəsi, Yerevan Mərkəzi Klinik Hospitalının vəziyyəti və bir sıra məqamlara da toxunub.

A.Baxşyan deyib ki, Ermənistan müdafiə naziri Viqen Sarqsyanın “Martik” (Döyüşçü) fonduna toplanmış pullar barədə açıqlamaları onu qane etmir: "V.Sarqsyan da narahat olduğum, həyəcan təbili çaldığım məsələlər barədə danışır və yeni heç bir şey demir. Fondun saytına əsasən pul koçürənlərin ümumi sayı 12 404 nəfərdir və onlar arasında bütün vəzifəli şəxslər var. Onların əksəriyyətini ödəniş etməyə məcbur ediblər. Bir nəfər mənə yazıb ki, həyat yoldaşının xəstəliyi səbəbindən ABŞ-a köçüb, keçmiş hərbi qulluqçu olduğuna görə Ermənistan Müdafiə Nazirliyindən sənədlərini tam qaydaya salmaq üçün fondun hesabına həm həyat yoldaşı, həm də öz adına təqribən 300 dollar pul ödəyib. Müdafiə nazirinin dediyinə görə 1 milyon 200 min dollar banklardadır. Lap yaxşı. Bəs bunlardan daxil olan faizləri hara gedib? Fond 2002-ci ildən fəaliyyət göstərir. Hesabın açıldığı HAYXNAYBANK isə mövcud deyil. Hərbi təhsil, xeyriyyə tədbirlərinə sərf olunması nəzərdə tutulan fondun vəsaitlərinin hara sərf edildiyi məlum deyil".

Erməni deputat vurğulayıb ki, aprel döyüşlərində yaralanan hərbi qulluqçulara heç bir maddi dəstək verilməyib: "Hazırda Qriqor Lusavoriç xəstəxanasında 5 hərbi qulluqçu müalicə alır. Onlar 7,8,9 il bundan əvvəl yaralanıblar və taleyin ümidinə buraxılıblar. Bizim “Muratsan” Yerevan Mərkəzi Klinik Hospitalında müalicə-bərpa şəraiti yoxdur. Axı nə üçün bu səhiyyə müəssisəsinin müvafiq müalicə şöbəsi yoxdur? Hospital təmir olunmur, 3-4 mərtəbəsində də tualeti pis vəziyyətdədir, normal palata, həkimlərin işləməsi üçün şərait yoxdur. Ümumiyyətlə, bu fond nə iş görüb, vəsaiti hara sərf edib? Hazırda yeni fond yaradırlar, ancaq cəmiyyət buna inanmır. Maraqlıdır, Hesablama Palatası nə üçün “Martik” fondunun fəaliyyətini yoxlamır? Mən istəyirəm fondun sədri, qondarma “DQR”in baş nazirinin müavini Artur Ağabekyanı və direktoru Sedrekyanı məhkəməyə verim, gəlib izahat versinlər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar