Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sərkisyan Qarabağdan qayıdıb dedi : “Danışıqlar kəsilib, ordu, əhali çətin dövrə hazır olmalıdır”

Tarix: 12-12-2016 18:37     Baxış: 4424 A- / A+
Sərkisyan Qarabağdan qayıdıb dedi


Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır.

Manevr.az xəbər verir ki, bu barədə ötən həftə üç gün ərzində Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib İrəvana geri qayıdan Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib.

“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına əsasən İrəvanda mədəniyyət xadimləri qarşısında çıxış edən Sərkisyan bildirib ki, Dağlıq Qarabağa dair nəinki heç bir danışıqlar aparılmır, üstəlik bu məsələ ilə bağlı sonuncu dəfə avqustun 10-da ciddi söhbət olub. “Bundan sonra problemə dair heç bir ciddi müzakirələr aparılmayıb”-Sərkisyan bildirib.

Ermənistan prezidentinin dediyinə görə, hazırda təmas xəttində xüsusi gərgin vəziyyət yoxdur. “Adi vəziyyətdir, belə demək olarsa bir il əvvəlkindən xeyli sakitdir”-Sərkisyan deyib.

İrəvan Kukla Teatrının direktoru Ruben Babayan Sərkisyana Qarabağa niyə məhz bu günlərdə getdiyini sual edib. Sərkisyan bildirib ki, bu səfər onun üçün öhdəlikdir. “Bu, daxili öhdəlikdir. Çünki indi elə dövrdür ki, ordu, əhali, Dağlıq Qarabağın sakinləri artıq çətin dövrə hazır olmalıdır. Ordunun çoxlu tələbatı var və bu tələbatı dəyərləndirmək lazımdır. Çünki bizim imkanlarımız hüdudsuz deyil ki, bütün problemləri, bütün məsələlər həll edək. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır. Zamanın seçilməsi bununla bağlıdır”-Sərkisyan bildirib.Virtualaz.org

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar