Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi başa çatdı

Tarix: 21-06-2019 11:32     Baxış: 3239 A- / A+
“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” layihəsi başa çatdı


“Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu artırılmalıdır”

Manevr.az xəbər verir ki, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Bədən Tərbiyəsi və İdman Akademiyasında, Azərbaycan Texniki Universitetində, Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində seminarları başa çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında qaçqın və məcburi köçkün tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, bu münaqişə barədə məlumat bazalarının gücləndirilməsi, sosial şəbəkələr vasitəsilə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması və s. layihənin əsas məqsədini təşkil edib.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu münaqişənin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyi, silahlı qüvvələrimizin ermənistan üzərində əzici gücə malik olmasını təmin etməsi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın beynəlxalq miqyasda apardığı işlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, Heydər Əliyev Fondunun Birinci Vitse –Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində gördüyü işlər və s. ekspertlər tərəfindən tələbələrə müfəssəl izah edilmiş, tələbələr diskussiyalarda fəal iştirak edib.

Seminarlar zamanı seminarlarda iştirak edən tələbələrə rmənistanın Azərbaycana silahlı təcavüzünün fəsadlarını əks etdirən marifləndirici bukletlər paylanılmışdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar