Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qarabağ klanına müraciət etdi

Tarix: 06-06-2019 10:25     Baxış: 2260 A- / A+
Paşinyan Qarabağ klanına müraciət etdi


Ermənistan Baş Naziri Nikol Paşinyan bəyan edib ki, onun hakimiyyətə gəlişinə qədər Qarabağ “rəhbərliyi” (Dağlıq Qarabağdakı qondarma rejim -red.) danışıqlar masasında nəyin müzakirə olunduğundan xəbərsiz olub və münaqişənin nizamlanması üzrə sənədlə tanış olmayıb.
Manevr.az-ın məlumatına görə, Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan parlamentin kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir bildirib ki, məhz o qondarma rejimin “rəhbərliyinə” danışıqlar paketini təqdim edib: “Mən onlardan beş dəfə soruşdum ki, onlar danışıqların nə ilə bağlı getdiyini bilirlərmi? Onlar cavab olaraq bilmədiklərini dedilər”.
O,əlavə edib ki, qondarma rejimin”rəhbərliyinin” və Ermənistanın sabiq rəhnərliyinin dost olmasına və birlikdə rəqs etməsinə (mayın 13-də sosial şəbəkədə “DQR rəhbəri” Bako Saakyan və Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəqs etməsinə dair video nəzərdə tutulur) baxmayaraq Stepanakert ( Xankəndi – red) danışıqlar prosesindən xəbərsiz olub.
Paşinyan əlavə edib ki, bir neçə dəfə Ermənistanın və “DQR”in hərbi-siyasi elitası ilə Qarabağ münaqişəsinin nizamlanmasını necə gördüyünü müzakirə edib. Onların bu barədə fikirləri ilə maraqlanıb.
“Lakin mənimlə bir masada oturan, əslində nəyin baş verdiyini bilən insanlar öz köməkçilərini sosial şəbəkələrdə Ermənistan hökumətinin Qarabağ torpaqlarını verməsi ilə bağlı statuslar yazmağa vadar edəndə məndə belə bir ədalətli sual formalaşır: Bu nə üçün edilir?”
Qeyd edək ki, Ermənistan və “DQR” arasında gərginliyin artması haqqında məlumatlar “DQR”in sabiq və yeni liderləri Arkadi Qukasyan və Bako Saakyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryana zamin durması və onun azad olunması üçün lazım olan girovu ödəməsindən sonra yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar