Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Tarix: 21-04-2019 17:53     Baxış: 3378 A- / A+
Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Qazax rayonunun Ermənistanla sərhəd zonasında yerləşən kəndində 500 metr uzunluğunda qoruyucu hasar inşa olunur.

Manevr.az-ın oxu.az-a istinadən məlumatına görə, söhbət Məzəm kəndindən gedir.

Artıq bir neçə istiqamətdə hazırlıq işlərinə başlanılıb. Əvvəlcə beton işləri, sonra isə hasarın keyfiyyətli olması üçün təməl hissəsində çay daşlarından hörgü işləri görüləcək. Məzəm və Quşçuayrım kəndlərinin sakinləri rayon mərkəzinə gəldikdə, dəfələrlə düşmən silahının hədəfinə tuş gəlib. Məzəm gölünün əks tərəfi düşmən tərəfindən 1992-ci ildə işğal olunduğundan təmas xəttində olan kəndlərimiz Xeyrimlidə yerləşən erməni postları tərəfindən hədəfdə saxlanılır.

Bu ərazidə heyvan otaran kənd sakinləri də nişangahda olduqlarını yaxşı bilirlər. Nəzərə alsaq ki, Məzəm sakinlərinin əkib becərdikləri torpaq sahələri qarşı tərəfdən asan görünür, vəziyyətin ciddiliyini anlamaq çətin deyil.

Kənd sakini Bəkir Yusibov ailəsi ilə birgə əkin sahəsinə gedərkən idarə etdiyi avtomobil hasarın tikildiyi ərazidə düşmən tərəfindən atəşə tutulub. 58 yaşlı B. Yusibov bildirib ki, 35 il əvvəl ailə həyatı qurub, yeni evə köcüb. Sonra müharibə zamanı erməni ordu birləşmələrinin yaşayış məntəqələrimizi aramsız atəşə tutması nəticəsində B. Yusibovun evinə 6 mərmi düşüb.

Kənd sakini bildirib ki, iki ildir onun evinin qarşısında tikilmiş qoruyucu hasar ailəsini düşmən gülləsindən sığortalayır.

Son 3 ildə Məzəm kəndində bir çox evin qarşısında rayon rəhbərliyi tərəfindən 3 metr hündürlüyündə hasar tikilib.

Qeyd edək ki, qoruyucu hasarlarla yanaşı Qazax rayon icra hakimiyyəti tərəfindən Quşçuayrım kəndində düşmənin açdığı atəş nəticəsində evlərinin damları sıradan çıxmış vətəndaşlara dam örtüyü də verilib.

Manevr.az
Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Ermənistanla sərhəddə olan Azərbaycan kəndində qoruyucu hasar tikilir- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar