Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağda YAŞAYAN yeganə azərbaycanlı kişinin erməni arvadı öldü…

Tarix: 13-04-2019 16:18     Baxış: 2423 A- / A+
Dağlıq Qarabağda YAŞAYAN yeganə azərbaycanlı kişinin erməni arvadı öldü…


Birinci Qarabağ müharibəsindən sonra erməni işğalı altındakı Əsgəran şəhərində qalmış tək azərbaycanlı Tofiq Əliyevin erməni arvadı avtomobil vurması nəticəsində ölüb.

Bu haqda Rusiya mediası məlumat yayıb. Qeyd edək ki, həmin Tofiq Əliyev barədə ötən illər də məlumat vermişik. Aldığımız yeni xəbərə görə isə işğal altındakı torpaqlarımızda sülənən bir neçə erməni qadın fəal sosial şəbəkədə “Taleyin ümidinə qalanlar” adlı qrup yaradıb və ağır vəziyyətdə yaşayan, vaxtilə öz separatçı soydaşlarının aranı qızışdırması nəticəsində Azərbaycanın Bakı, Sumqayıt, Gəncə şəhərlərindən köçmüş erməni ailələri ilə maraqlanmağa başlayıb.

Əsgəranda məskunlaşmış tək azərbaycanlı olduğu deyilən 89 yaşlı Tofiq Əliyevlə görüşən qadınlara məlum olub ki, bu günlərdə onun 63 il bir yerdə yaşadığı erməni arvadı Vale Sarkisyan küçədə avtomobilin altında qalaraq ölüb. Hazırda tənha qalan T.Əliyevə arvadının uzaq qohumları baxır. Məişət vəziyyəti çox ağırdır. Məlumatdan bəlli olub ki, Tofiq Qarabağ münaqişəsi başlamamışdan öncə Azərbaycanın digər bir şəhərində taksi sürücüsü işləyib. 1966-cı ildə Vale Sarkisyanla(əvvəlki məlumatlarda erməni qadının ad-soyadı Valya Tovmesyan kimi yazılıb-S.L.) evlənib. Sonadək övladları olmayıb. 1988-ci ildə Qarabağdakı separatçı ermənilər baş qaldırdıqdan sonra T.Əliyev arvadı ilə birlikdə öncə Bərdəyə gedib. Orada bir müddət qaldıqdan sonra isə erməni arvadına görə Əsgərana köçməyə qərar verib.

Əvvəlki xəbərlərdə T.Əliyevin bildirdiyinə görə, Azərbaycanda onun 7 qardaşı və 2 bacısı olmalıdır. Amma Qarabağ müharibəsi başlayandan sonra onlarla əlaqəsi qırılıb, hansının sağ qaldığını, hansının qalmadığını bilmir. Erməni arvadı özü əslən Əsgəranlı olub. Tək qardaşı 24 yaşında ölüb.
Ermənilərin arasında yaşayan, Ucar rayonunun sakini olması deyilən Tofiq Əliyev onu da bildirib ki, onun Azərbaycanın dövlətimizin nəzarətində olan digər rayon və ya şəhərlərinə getmək fikri yoxdur:
“Biz Əskərandan gedən deyilik, burda yaşamışıq, burda da öləcəyik. Tək istəyimiz odur ki, sülh olsun, rahatlıq olsun…”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar