Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - ŞƏKİLLƏR

Tarix: 03-04-2019 11:15     Baxış: 3365 A- / A+
 Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - ŞƏKİLLƏR

​"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Dədə Şəmşir Muzeyi”ndə Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
Manevr.az-ın verdiyi xəbərə görə, anım mərasimində kəlbəcərli ziyalılar, tələbə-gənclər və Kəlbəcər rayon məktəblərinin şagirdləri iştirak ediblər. Mərasimə toplaşanlar öncə torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın xatirəsini sükutla yad ediblər.
Anım mərasimini açan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, uzun müddət mühasirə şəraitində yaşayan və düşmənə müqavimət göstərən Kəlbəcər rayonu təəssüflər olsun ki, 1993-cü ilin aprel ayının 2-də işğalıçı Ermənistan ordusu tərəfindən işğal edildi. Natiq bildirdi ki, işğal nəticəsində 500-dən artıq kəlbəcərli şəhid oldu, 300-dən artıq soydaşımız girov götürüldü, yüzlərlə Kəlbəcər sakini isə hadisələr zamanı yaralandı, şikəst oldu.
O, qeyd etdi ki, strateji əhəmiyyət malik olan Kəlbəcərin işğalının əsas səbəblərindən biri də həmin dövrdə ölkəmizdə olan ictimai-siyasi vəziyyət, ölkəyə qeyri-peşəkarların rəhbərlik etməsi idi. Natiq xüsusi vurğuladı ki, əgər həmin dövrdə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı belə bir hadisə də baş verməyəcəkdi.
Kəlbəcərin işğalından ötən müddətdə yurddaşlarımızın məskunlaşmalarında, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətindən bəhs edən Həbib Misirov bildirdi ki, kəlbəcərlilər hər zaman ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olublar və bundan sonra da həmişə belə olacaqdır.
Daha sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri, ziyalılar, o cümlədən professor Şahlar Əsgərov, şair Adil Cəmil, Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri Aqil Asadov, şairlərdən Yusif Hüseyin, Namiq Dəlidağlı, Ələmdar Cabbarlı, Adil Hamid, jurnalist Elxan Salahov, Texnika Elimlar namizadi Casarat Camalov və başqaları çıxış etdilər. Natiqlər bildirdilər ki, ölkə Prezidentinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir və bütün bunlar onu deməyə əsas verir ki, xalqımız öz torpaqlarını hansı yolla olur olsun işğaldan azad edəcəkdir. 2016-cı ilin aprel döyüşlərinin xalqımızda böyük ruh yüksəkliyi formalaşdırdığını qeyd edən natiqlər xüsusi vurğuladılar ki, əgər sülh danışıqları nəticə verməsə, hər bir kəlbəcərli Ali Baş Komandanın əmri ilə qələbə döyüşünə hazırdırlar.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar