Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyani “sülh göyərçini”nə çevirən səbəb… - Hansını seçməli: Qarabağı, yoxsa batan Ermənistanı?

Tarix: 17-03-2019 20:09     Baxış: 4413 A- / A+
Paşinyani “sülh göyərçini”nə çevirən səbəb… - Hansını seçməli: Qarabağı, yoxsa batan Ermənistanı?


Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri və separatçı rejimlə birgə Təhlükəsizlik Şurasının iclasını keçirməsi Azərbaycanda ciddi rezonans doğurub.

Bu səfəri, əslində Qarabağla bağlı aparılan danışıqlara pressinq kimi qiymətləndirmək olar. Paşinyanın özünü dünyaya demokratik seçki ilə seçilmiş bir lider olaraq təqdim edərək, Qarabağ münaqişəsinə yeni baxış tələb etməsi siyasi hoqqabazlıqdan başqa bir şey deyil. Bu, deja-vyudur.

Manevr.az strateq.az-a istinadən bildirir ki, erməni siyasi elitası bu variantı bir dəfə artıq sınaqdan çıxarıb. 1990-cı ildə SSRİ-nin tərkbində olarkən, Ermənistan Ali Sovetinə keçirilən seçkilərdə erməni müxalifətinin lideri Levon Ter-Petrosyan qalib gələrək spiker postunu tutdu. Bundan sonra Ermənistan Qarabağ münaqişəsinin həllinin SSRİ-də "islahatlar və demokratik prosesin bir həlqəsi" olması barədə hay-küy qaldıraraq prezident Mixail Qorbaçovdan və Rusiya prezidenti Boris Yeltsindən məsələni "demokratik qaydada" həllini tələb etməyə başladı. Azərbaycanda hakimiyyətdə olan kommunist elitasının xalq arasında itirdiyi nufuz bu prosesdə Yerevana qarşı sərt mövqe sərgiləməyə imkan vermədi. Nəticədə, Yerevan Dağlıq Qarabağ münaqişəsini SSRİ-nin qanunlarına zidd olaraq ərazi iddiası kimi yox, "xalqların öz müqəddəratını təyin etməsi" kimi sırımağa çalışdı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Qarabağ münaqişəsi beynəlxalq müstəviyə çıxdı və bu tip bəyanatlar artıq beynəlxalq təşkilatlar qarşısında qaldırılmağa başlandı.

Ermənistanın bugünkü rəhbərliyi hazırda eyni siyasəti Qərb üçün nümayiş etdirir. "Avtoritar Azərbaycanın zülmü altında inləyən azad və demokrat erməni xalqı" haqqında bayatı uzaq hədəflərə tuşlanan bir mesajdır.

Paşinynın Xankəndidəki çıxışında Minsk Qrupunun illərlə işləyib hazırladığı "Madrid prinsipləri"ni şübhə altına salması, "biz, bəyəm, bu prinsiplərə razılıq vermişik?" tipli hiyləgər sözləri siyasi ibarəbazlığın tipik nümunəsidir.

Baş nazirin 3 həmsədr dövlətin - ABŞ, Rusiya və Fransa prezidentlərinin 2011-ci ildə imzaladığı "Dovil bəyanatı"ndakı "xalqları sülhə hazırlamaq" təklifini özünəməxsus şəkildə təqdim etməsi, "Azərbaycan prezidenti və Azərbaycan xalqı ilə danışıqlara hazıram" deməsi indiyədək aparılan danışıqları dalana dirəməkdir.

Paşinyan Qarabağın erməni icmasının danışıqlar stolunda oturmasını istəyir. Əgər Bakı Qarabağ erməniləri ilə bir stolda oturacaqsa, o zaman Ermənistana nə ehtiyac olacaq? Suallar çoxdur: "Dağlıq Qarabağ erməniləri" nə deməkdir? Onlar nə təkilf edir? Hansı statusda bu danışıqlarda iştirak edəcəklər?

"Azərbaycan və azərbaycanlı icması", "Ermənistan və erməni icması" formatı kifayət qədər mübahisəlidir. Əgər Azərbaycan bu formata razı olarsa, o zaman bu, avtomatik olaraq Dağlıq Qarabağın de-yure Bakıya məxsus olmamasının etirafı olacaq. Bu isə bu günə qədər aparlan danışıqlara, BMT-nin qəbul etdiyi qətnamələrə, digər mötəbər beynəlxaq təşkilatların Azərbaycanın ərazi bütövlüynü tanıyan sənədlərinə tam ziddir.

Odur ki, Paşinyan sadəcə Qarabağ məsələsində bu cür blef etməklə özünün daxili əleyhdarlarını susdurmaq, ona qarşı çıxacaq qüvvələri lokallaşdırmağa can atır.

"Qarabağ" klanının ən barışmaz rəhbəri sayılan sabiq prezident Koçaryanın bu yaxınlarda həbsxana barmaqlıqlarından "Qarabağda güzəştə getməyə Paşinyana imkan verməyəcəyəm" deyə, verdiyi bəyanat bu qüvvələrin ciddi təhlükə olduğunu göstərir.

Paşinyanın "güzəşt şərtlərini, qoy, birinci Azərbaycan desin" kimi bəyanatı hiyləgər gediş olub, beynəlxaq təşkilatları çaşdırmağa yönəlib. Güzəştlərin bəlli olacağı "Madrid prinsipləri" hələ razılaşdırılmayıbsa, Bakı necə birinci olaraq bu barədə danışa bilər?

Üstəlik, Paşinyan bu prinsipləri şübhə altına qoyan bəyanat verirsə, o zaman bu, "bulanıq suda balıq tutmaq"dan başqa bir şey deyil.

Rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyi ortadadır. Prezident İlham Əliyev bunu birmənalı olaraq elan edib: İkinci erməni dövləti olmayacaq, işğal olunmuş rayonlar qaytarılsın, daha sonra Dağlıq Qarabağın statusu barədə müzakirələr açıla bilər. Azərbaycan Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyət verməyə razıdır!

Paşinyanın Xankəndində keçirdiyi iclasda "sülh göyərçini" qiyafəsini almasının səbəbləri isə ciddidir.

Baş nazir Ermənistanı düşdüyü ağır sosial böhran girdabından çıxarmaq üçün variantlar düşünür. Burada o, Qərb investisiyalarına və diasporanın köməyinə ümid edir. Moskva ilə münasibətlərdə müşahidə olunan gərginlik Paşinyanın Qərbə reveransları ilə bağlıdır. Erməni elitası çox yaxşı bilir ki, belə davam etsə, Ermənistanı yaxın 10 ildə dövlətin əsaslarını sarsıdacaq iqtisadi böhran yaxalayacaq. Rusiyanın əlində olan Ermənistan iqtisadiyyatı investisiya üzünə həsrət qalıb, əhali ölkəni tərk edir. Qərb biznesmenləri açıq-aydın deyirlər ki, Moskvanın təsir dairəsində olan iqtisadi müstəviyə pul yatırmaq ciddi riskdir. Üstəlik, erməni diasporasının nufuz edə biləcəyi Qərb investorları, istəsələr də belə, sanksiya altında olan Rusiyanın hökm sürdüyü iqtisadi məkanda rol ala bilməzlər. Moskva isə "daşları yerindən tərpətmək", Yerevana dirçəliş vəd edəcək sərmayə qoymaq həvəsində deyil.

Üstəlik, dəyişən dünya... Paşinyan fəriqndədir ki, iqtisadi münasibətlərin önə keçdiyi hazırkı dövranda onun bütün qonşuları ətraf ölkələrə sərfəli müqavilələr bağlayaraq ciddi layihələr həyata keçirir. Ermənistan isə bütün bunlardan ayrı düşüb. Gürcüstan, Türkiyə, İran, Azərbaycan transenerji layihələri ilə iqtisadi baxımdan sərfəli qazanclar əldə edir, Yerevan isə dövlətin xarici borcunu artırmaq barədə düşünür, Moskvanın mərhəmətindən asılı qalıb.

"Lənətlənmiş dairədən necə çıxmalı?" sualı yeni nəsil erməni siyasətçiləri üçün həllini gözləyən suala çevrilir. Bunun üçünsə Qarabağla bağlı sülh sazişi hava-su kimi vacib məsələyə dönüb.

Amma bunu necə etməli?

PaşinyanınMinsk Qrupunun bu günə qədərki razılaşmalarını rədd etmək, danışıqları pozmaq və "yeni xanə"dən başlamaq kimi avanturist cəhdləri çıxış yolu deyil. Erməni cəmiyyəti üçün Qarabağ "müqəddəs yaddaş"dırsa, o zaman onu yerindən tərpədə biləcək amillər hansıdır? Erməni siyasətçiləri bu suala cavabı yaxşı biləsələr də, bunu bəyan etmələri onların "qorxulu röya"sıdır.

Paşinyan Azərbaycanla sülh sazişi istəsə də, onun imzalanmasına hələ ki hazır deyil. Bunun üçün ilk olaraq erməni xalqını inandırmalıdır. Bakının isə bu baxımdan Paşinyanla müzakirə edəcəyi yeni heç nə yoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar