Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”

Tarix: 14-02-2019 12:42     Baxış: 4308 A- / A+
Ermənistanın hərbi prokuroru: “Orduda ağır cinayətlər və korrupsiya halları artıb”


Ermənistan Silahlı Qüvvələrində 2018-ci ildə 182 korrupsiya hadisəsi qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 faiz çoxdur.

Manevr.az xəbər verir ki, bunu ölkənin hərbi prokuroru Vaqe Arutyunyan bildirib.

Ötən ilin yekunlarına dair Hərbi Prokurorluqda keçirilən müşavirədə çıxış edən V.Arutyunyan deyib ki, həmin hadisələrdən 173-ü üzrə cinayət işi başlanılıb. Onun sözlərinə görə, 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib.

Ötən ildə 2017-ci illə müqayisədə dövlətə 7,3 dəfə artıq, yaxud 422 milyon 236 min 614 dram (863 min dollar) məbləğində maddi ziyan dəyib.

Hərbi prokurorun sözlərinə görə, orduda törədilən ağır cinayət hallarının sayı 9 hadisə, yaxud 8,1 faiz artıb. Qeydə alınan xüsusi ilə ağır cinayətlərin sayı isə 43 hadisə olub. Bunlardan biri hərbçinin öz xidmət yoldaşını qətlə yetirməsi cinayətidir. Digər hadisə zamanı isə mülki şəxs hərbçini öldürüb.

V.Arutyunyan qeyd edib ki, iki halda hərbçilərin bir-birini qətlə yetirməsi cəhdinin, rəis tərəfindən güc tətbiqinin, habelə 7 dəfə vəzifəli şəxsin rüşvət alması cəhdinin qarşısı alınıb. Ötən il hərbçilər 1173 halda bir-birinə ağır bədən xəsarət yetirib./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar