Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi ekspert: “Azərbaycan 2019-da Qərb və Belarus silahlarına üstünlük verəcək”

Tarix: 07-01-2019 08:41     Baxış: 3365 A- / A+
Hərbi ekspert: “Azərbaycan 2019-da Qərb və Belarus silahlarına üstünlük verəcək”


Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarus Azərbaycanın silah aldığı ölkələrdir. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır.

Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır. Politoloq Elxan Şahinoğlu bu faktı açıqlamışdı. O, həmçinin deyib ki, son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb.

Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu, Azərbaycan üçün də vacibdir.

Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir. Bəs, Azərbaycan 2019-cu ildə hansı ölkələrdən silah idxalına üstünlük verməlidir?

“AzeriDefence” jurnalının baş redaktoru, hərbi ekspert Rəşad Süleymanov “Yeni Müsavat”a bildirdi ki, 2017 və 2018-ci illərdə Azərbaycan silah ticarəti elədiyi əsas yeri Belarus tutub: “Operativ taktik raketlər, kalibrli toplar, radio-elektron mübarizə vasitələri alınıb. ”Polonez" uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri, LORA operativ-taktiki raket kompleksi, T-90 tankı və s. aldığımız ən yeni silah və hərbi texnikadır.

Hərbi ekspert: “Azərbaycan 2019-da Qərb və Belarus silahlarına üstünlük verəcək”


Hələlik, hesabat açıqlanmayıb. Adətən yay aylarında hansı ölkə ilə nə qədər silah ticarəti dövriyyəsinin olduğu məlumat verilir, onda rəqəmlər daha dəqiq olur".

Ekspertin sözlərinə görə, Azərbaycanın silah idxalında ikinci yer İsraildədir: “İsraildən silah optik sistemləri alınıb. Müəyyən səbəblərdən Rusiyadan silah alışı azalıb. Amma Türkiyə ilə silah ticarəti artıb. ”Tasmus" şirkətindən raket sistemləri, müşahidə avadanlıqlar, anti-dron sistemlər alınıb".

R.Süleymanovun fikrincə, Azərbaycan 2019-cu ildə silah alışında Qərb texnologiyasına və Belarusa üstünlük verəcək: “Belarusun jestləri hamıya aydındır. Cənab prezidentin Belarusa səfərində memorandum imzalandı. ”Polonez" sistemi üçün əməkdaşlıq davam edəcək. Eyni zamanda hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlıq olacaq, yeniliklərin şahidi olacağıq.

2019-da Türkiyə istehsalı olan yeni aviasiya vasitələrinin alınması üçün müqavilə imzalanması gözlənilir. Həmçinin, artilleriya vasitələrinin alınmasını da görə bilərik.

İsraillə mövcud kontraktların davamı gözlənilir. Bu il yeni siyahıda Pakistanın adını görə bilərik. Azərbaycanla Pakistan arasında döyüş təyyarələri alınması üçün müqavilə imzalana bilər".

Xatırladaq ki, “Global Fire Power”in 2017-ci il cədvəlinə əsasən, hərbi gücünə görə ölkə reytinqində Azərbaycan 58-ci, Ermənistan isə 93-cü yeri tutub.

Həmçinin, hazırda Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 1100 növə yaxın müdafiə təyinatlı məmulatlar buraxılır.

Ölkəmiz müxtəlif növ atıcı silahlar və yaxın döyüş vasitələri, artilleriya alətləri, zirehli texnika, o cümlədən müxtəlif aviasiya bombaları, pilotsuz uçan cihazlar, atıcı silahlar üçün döyüş ləvazimatları, kiçik kalibrli avtomat tapançalar, optik cihazlar, müasir raket quraşdırıcıları və digər məhsullar: gizlənmə dəsti, qumbaraatan, minalar, NATO standartlarına cavab verən tapançalar istehsal edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar