Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şahbaz Quliyevin vəziyyəti ağırdır - “Tanınmaz hala düşüb...”

Tarix: 11-11-2016 10:32     Baxış: 5449 A- / A+
Şahbaz Quliyevin vəziyyəti ağırdır

"Şəkli görəndə Şahbazı tanımadıq, çəkisi heç 50 kiloqram da qalmayıb”

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Bu haqda məlumat verən qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların məktubları ailələrinə çatdırılıb.

Məsələ ilə bağlı erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə atasının yazdığı məktub barədə məlumat verib. O deyib ki, atasının öz qardaşına yazdığı məktub onlara çatıb. Məktubda vəziyyətinin yaxşı olduğunu deyib, hamıya salam göndərib.

Lakin K.Əsgərov atasının vəziyyətinin yaxşı olduğuna inanmır: “Atam bizim nigarançılığımızı düşündüyü üçün yazır ki, vəziyyəti yaxşıdır. O, belə yazmaqla deyil, əslində onun vəziyyətinin yaxşı olmadığını hamımız bilirik. Erməni əlində olan bir insan necə yaxşı ola bilər?”

Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Musayev isə bildirib ki, əmisi məktubunda yazıb ki, hər şey yaxşıdır, narahat olmayın: “Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda isti paltarlarının olduğunu, səhhətinin qaydasında olduğunu yazıb. Əmim hamıya salam söyləyib”.

Şahbaz Quliyevin məktubu isə dünənədək ailəsinə çatmayıb. Şahbaz Quliyevin qardaşı İlham Quliyev bildirib ki, qardaşına yazdıqları məktuba cavab yoxdur: “Şahbazın səhhətində ciddi problemlər var. BQXK nümayəndələri tərəfindən Şahbazın yeni görüntüləri bizə göstərilib. Qardaşımın yeni çəkilmiş şəkillərini bizə kompüterdə göstərdilər. Tanınmaz hala düşüb. Girov düşməmişdən əvvəl Şahbazın çəkisi 110 kiloqramdan çox idi. Şəkli görəndə Şahbazı tanımadıq. O qədər arıqlayıb ki, tanınmaz halda idi. Çəkisi heç 50 kiloqram da qalmayıb. Əminəm ki, Şahbazın vəziyyəti ağırdır. O, bizim məktubumuza cavab verməyib. Hamımız narahatıq. Dilqəm ailəsinə məktub yazıb. Amma Şahbazdan məktub gəlməyib. Qardaşımın şəkillərini Bakıya gələn ermənilərə göstərmək lazımdır. Onlar bilməlidirlər ki, biz ermənilərə necə münasibət göstəririk, onlar isə Şahbazgilə əziyyətlər verirlər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər, Onlarla birlikdə Kəlbəcərə gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən güllələnərək öldürülüb. H. Həsənovun meyiti təxminən 40 gün sonra düşməndən alınaraq Bakıda dəfn edilib.

Erməni işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Azərbaycan hökumətinin bir sıra cəhdlərinə baxmayaraq onları azad etmək hələ də mümkün olmayıb. Ermənistan azərbaycanlı girovların buraxılması üçün separatçı Dağlıq Qarabağ rejiminə “dövlət” olaraq rəsmi şəkildə müraciət edilməli olduğunu bildirib.
Bugünlərdə isə əslən Kəlbəcərdən olan keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Yeni Müsavat”a müsahibəsində Azərbaycan hakimiyyətinə təklif edib ki, Dilqəmi və Şahbazı azad etmək hələ mümkün olmayıbsa, heç olmasa onların qəhrəmanlığını, dəyanətini nəzərə alıb hər ikisinə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilsin.
(musavat,com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar