Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sərkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı...”

Tarix: 10-11-2016 15:34     Baxış: 5428 A- / A+
 “Sərkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı...”

Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan “olduqca konstruktiv” təklif vermişdi.

Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin keçmiş köməkçisi, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza tert.am erməni saytına müsahibəsində danışıb."Mən ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam. Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi”-keçmiş diplomat deyib.

 “Sərkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı...”

Brayzanın sözlərinə görə, Putinin Sankt-Peterburqda irəli sürdüyü təklif tərəflər üçün tamamilə cəlbedici idi, çünki orada danışıqların uzunmüddətli dalan vəziyyətindən çıxarılmasının yolu göstərilirdi.

“Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbəliyi bu təkliflərə real ümidlər bəsləyir. İnanıram ki, Sərkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Sərkisyan və Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər”-Metyu Brayza deyib.

Xatırladaq ki, amerikalı keçmiş diplomat bir neçə ay əvvəl Putinin 2 rayonun qaytarılması, əvəzində kommunikasiyaların açılması barədə təklifi haqda danışıb, ancaq prezidentlərin bu təklifi dəstəklədiyi barədə nəsə deməyib. Brayza demişdi ki, o, məlumatı danışıqlara yaxın diplomatik mənbədən alıb. Tərəflər məsələni şərh etməyiblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar