Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO

Tarix: 08-12-2018 18:36     Baxış: 5193 A- / A+
Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO


Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinə erməniləri köçürməyə davam edir.

Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər.

Problemlərlə üzləşən erməni ailəsindən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir.

“Epress” saytı yazır ki, proqram çərçivəsində ailəyə 3 otaqlı mənzil verilib. Müqavilədə bildirilir ki, evi özəlləşdirmək üçün ailə üzvlərindən biri ən azı orada 10 il yaşamalıdır. Lakin 2017-ci ildə 10 il tamam olanda evi Arzakanyan ailəsindən alaraq başqa ailəyə vermək istəyiblər. Onlar məhkəməyə müraciət etsələr də, şikayətləri rədd olunub. Əsas gətirilib ki, ailə müqaviləni pozaraq 10 il müddətində 3 ay həmin evdə yaşamayıblar.

Ana Elvira Arzakanyan danışır ki, Qarabağda yaşamaq dəhşətlidir.

“Bir yataqxanada 8 ailə yaşayır. Bizi Qarabağa aparanda müsbət vədlər verirdilər. Danışırdılar ki, sizin yaşamağa eviniz, işiniz və kənd təsərrüfatı ilə məşğul olmağa imkanınız olacaq. Lakin əksi oldu. Bizim ailədə üç nəfər müəllim işləyir. Məktəbdə dərs saatlarını azaltdılar, yeni müəllimlər gətirdilər və onlara yeni ev tikmədilər, əvəzində yataqxanada məskunlaşdırdılar. Bu, yaşamaq deyil, mağaza, nəqliyyat yoxdur. Sənə verilən evi əlindən almaq üçün bir zəng yetərlidir. Sadəcə dəhşətdir”, - deyə erməni qadın bildirib./publika.az

Manevr.az









Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar