Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni ordusunda acınacaqlı durum

Tarix: 23-11-2018 09:16     Baxış: 4332 A- / A+
Erməni ordusunda acınacaqlı durum


Ekspertlər düşmən ordusundakı fəlakətli durumdan danışdılar
“Paşinyanın ordunu ərzaq təminatı ilə bağlı verdiyi açıqlama bir daha onu göstərir ki, iqtisadi cəhətdən vəziyyətin gərgin olması faktdır”. Politoloq Arzu Nağıyev bu fikri Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın ordudakı acınacaqlı durumu etiraf etməsi barədə “Yeni Müsavat”a açıqlamasında söylədi.

Qeyd edək ki, N.Paşinyan orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazılığını bildirib. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilən hərbçilərinin acınacaqlı vəziyyətdə xidmət keçmələri barədə ermənilərin özləri də dəfələrlə etiraf ediblər. 2018-ci ildə Ermənistan ordusunun Qarabağdakı itkilərin əksəriyyətini qeyri-döyüş itkiləri təşkil edir. Erməni ordusunda intiharlar, “dedovşina”, zorlama kimi hallar geniş yayılıb və artıq adi hal alıb. Bir sıra hallarda erməni analar etirazlara qalxaraq övladlarının yad ölkənin əraziləri uğrunda ölməsinə qarşı çıxıblar. Ancaq təbii ki, onların mövqeyi heç nəyi həll etmir. Artıq ordudakı ağır vəziyyəti Paşinyan da etiraf edir.

A.Nağıyevə görə, işğalçı orduda korrupsiya hallarının olması da vəziyyəti acınacaqlı edən səbəblərdəndir:
“Eyni zamanda, Paşinyan bu məsələdə işğal olunmuş ərazilərdə hərbi xidmət keçən oğlunu ilkin mənbə kimi göstərməklə məlumatın təkzibolunmaz olduğunu göstərmək istəyir”.

Erməni ordusunda acınacaqlı durum


Ekspertin fikrincə, bütün bunlar da seçki öncəsi siyasi gedişlərdən biri kimi Paşinyanın istifadə edəcəyi bir variantdır:
“O, həm Rusiyaya, həm də Qərbə məhz maddi cəhətdən zəiflədiklərini göstərir və bunun müqabilində dividentlər əldə etməyə çalışır. Təbii ki, döyüşən orduda əsas məsələlərdən biri məhz əsgər və zabitlərin ərzaqla təminatında problemlərin yaranmamasıdır, çünki bu məsələlər silahlı qiyama gətirib çıxara bilər. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan siyasətində ən mühüm amildir. Bu, gələcək çağırışçılarla, əsgər anaları ilə bağlı elektoratı narahat etməyə bilməz. Paşinyan da bundan istifadə etməyə çalışır və ordu rəhbərliyini də bu metodla nəzarətdə saxlayır”.

Erməni ordusunda acınacaqlı durum


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qəzetimizə dedi ki, Paşinyan bir neçə ciddi çağırışla üz-üzədir:
“Bunlardan biri Ermənistan ordusundakı vəziyyətdir. Paşinyan özü də etiraf edir ki, ordunun ərzaq təchizatı yaxşı vəziyyətdə deyil. Bundan başqa Ermənistan ordusunda ölüm halları azalmır. Paşinyan bunun da qarşısını almaqda acizdir. Ermənistan gənclərini zorla Dağlıq Qarabağa ”xidmətə" göndərirlər, onların bir hissəsi tabutda “geri qayıdır”. Ona görə də Ermənistandakı ailələr övladlarını hərbi xidmətə göndərməmək üçün müxtəlif yollara baş vururlar. İndi isə Paşinyan üçün yeni problem yaranıb. Aprel savaşında iştirak edən ermənilər özlərini üçün xüsusi imtiyaz tələb edirlər və bu məqsədlə İrəvanın küçələrində etiraz yürüşləri həyata keçirirlər".

Erməni ordusunda acınacaqlı durum


E.Şahinoğlunun sözlərinə görə, N.Paşinyanın üzləşdiyi bir başqa çağırış girov və əsrlərin dəyişdirilməsiylə bağlıdır:
“Paşinyan hələ ki, müqavimət göstərir. Ermənistan baş naziri bildirir ki, Qarabağdakı iki girovu Azərbaycana qaytarsa Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan tam haqlıdır. Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq”. Politoloq qeyd etdi ki, Paşinyan bundan ehtiyat edir: “Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nə isə deməlidir. Biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir”.

Ermənistanın Qarabağ torpaqlarında xidmət keçən əsgərləri politoloqun dediyi kimi, əsirlərin sayını artırmağa imkan verir. Bir neçə dəfə düşmən ölkənin hərbçiləri və mülki şəxslər vəziyyətdən bezib Azərbaycan ərazisinə keçməyə cəhd göstərib, lakin onların qarşısı alınıb. Ermənistan ordusundakı acınacaqlı durum həm də ona işarədir ki, döyüşlər başlasa, ac-yalavac erməni əsgərlər İrəvana doğru qaçacaq. Aprel döyüşləri zamanı postdakı ermənilərin Ermənistana yol aldıqlarını elə erməni zabitlər etiraf etmişdilər. Onları son anda Kəlbəcərdən geri qaytarmışdılar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar