Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

Tarix: 10-11-2018 12:42     Baxış: 5381 A- / A+
Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı


Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar.

Manevr.az xəbər verir ki, bu haqda Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə açıqlayıb.

Qeyd olunub ki, noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib.

E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu "İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda - Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada * iştirak edib.

Hüquq-mühafizə orqanları təşkilatın fəaliyyəti ilə onun sıralarına həddi-büluğa çatmamış yeniyetmələrin cəlb edilməsindən sonra maraqlanıblar.

Xüsusi düşərgələrdə yeniyetmələr silahdan atəş açma və partlayıcı qurğularla davranma biliklərinə yiyələnirmişlər. İlkin məlumatlara görə, E.N.O.T. qruplaşmasının həbs olunmuş üzvləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci ("Düşmənçiliyin yayılması və ya insan ləyaqətinin təhqir edilməsi”) və 150-ci ("Həddi-büluğa çatmamış şəxslərin cinayətə sövq edilməsi”) maddələri ilə ittiham ediləcəklər./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar