Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Yayılan məlumat erməni təbliğatının növbəti hiyləsidir“ - Yaşar Aydəmirov

Tarix: 30-10-2016 12:34     Baxış: 4418 A- / A+
“Yayılan məlumat erməni təbliğatının növbəti hiyləsidir“
“Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilməsi barədə informasiya absurd, qeyri-peşəkar, uğursuz təqdim edilmiş və gülünc doğuran xəbərdir”.

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

General-leytenant Y. Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən başqa bir şey deyildir: “Əvvəla, ermənilər bu cür məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və montaj edilmiş fotoda bir qrupun yığışaraq "təntənəli keçidi" izləməsi heç də "möhtəşəm" mərasimin keçirilməsi demək deyil. Ora toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə gətirdiyi tör-töküntüləridir. Mənə, hərbiyə yaxın olan bir şəxs kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3 hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır”. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar