Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın Qarabağa gəlişinin SƏBƏBİ ORTAYA ÇIXDI - Müharibə tapşırığı

Tarix: 19-09-2018 13:39     Baxış: 2285 A- / A+
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Manevr.az xəbər verir ki, Paşinyanı müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Artak Davtyan və xarici işlər naziri Soqrab Mnasakanyan müşahidə edib.

Paşinyan və onu müşahidə edənlər Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrinin mövqelərinə baş çəkib.

Rəsmi məlumatda deyilir ki, Paşinyan əsgərlərin döyüş hazırlığını və mövqelərin möhkəmliyini yoxlayıb.

“Vəziyyətlə yerində tanış olmaqda məqsədimiz əsgərlərin xidmət şəraitini və vəziyyət haqqında operativ məlumatın əldə edilməsidir. Hər şey qaydasındadır və vəziyyətə nəzarət etdiyimizi deyə bilərik”, - deyə o bildirib.

Paşinyan Qarabağa gedən yolda iki ayı balasına rast gəlib və erməni nazir ayılarla şəkil çəkdirib.

Bütün bunlar səfərin görünən tərəfinin detallarıdır, lakin Paşinyanın qəfil Qarabağa gəlişinin sirri diqqət çəkir.

Ermənistan Azərbaycana qarşı şərti müharibə elan edəndən sonra rəsmi Bakı analoji addım atdı və 20 minlik ordu ilə ərazilərin azad edilməsi üçün Ermənistana şərti müharibə elan etdi. Ekspertlərin də dediyi kimi, bu faktiki olaraq vəziyyətin müharibənin kandarına qədər gəlib çıxmasıdır. Xüsusilə Azərbaycanın cavab addımı Ermənistanı qorxuya saldı. Çünki müasir hərbi texnikaya malik ordumuzun genişmiqyaslı təlimləri düşmən üçün gözlənilməz xəbərdarlıq oldu.

Paşinyanın işğal altındakı torpaqlara qəfil gəlişi də müharibə xofundan qaynaqlanır. Paşinyanın əvvəlki səfərlərindən fərqli olaraq, bu dəfə cəbhəyə gılməsi də təsadüfi deyil. Mümkündür ki, o, Qarabağda döyüşə hazırlıq haqqında tapşırıq verib. Göründüyü kimi, müharibə artıq başlayır.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar