Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Çıqanokun Qarabağa dair təhdidli açıqlamasına – Cavab

Tarix: 27-07-2018 10:23     Baxış: 3302 A- / A+
Çıqanokun Qarabağa dair təhdidli açıqlamasına – Cavab


İstər Duqin olsun, istər digər ekspertlər eyni mərkəzdən idarə olunurlar və Rusiyanın ənənəvi olaraq kökə və zopa siyasətini həyata keçirirlər.

Manevr.az bildirir ki, bu sözləri Axar.az-a Anatoli Çıqanokun Rusiyanın İrəvana görə Azərbaycana müdaxiləsinin mümkün olması ilə bağlı açıqlamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, rus ekspertlərin bir qrupu tutuquşu kimi guya Azərbaycanın tərəfindən çıxış etdikləri görüntüsü yaradırlar, digər tərəf isə təhdidedici bəyanatlar və mülahizələrlə çıxış edirlər:

“Bütün bunlar məqsədyönlü şəkildə həyata keçirilir. Bunlar Azərbaycanın ictimai fikrində çat yaratmaq, ictimai fikri çaşdırmaq üçün ortaya atılan iddialardır və bunun hər hansı bir formada əsası yoxdur. Bu hədələyici təhdid faktorunu biz Ermənistanın küçədən gələn baş nazirinin çıxışlarında da görə bilirik. Bu təhdidedici amillərin arxasında hərbi sənaye kompleksi işlətməkdə olan Rusiyanın ambisiyalarının dayandığını da görməmək mümkün deyil. Son dövrlərdə Azərbaycanın xarici siyasətində atılan addımlar, ölkəmizə edilən səfərlər, Azərbaycanla Qərb münaibətlərindəki yaxınlığın artması və Azərbaycana verilən dəstək, şübhəsiz ki, rəsmi Moskvanı qıcıqlandırır. Bu da bu cür iddiaların ortaya atılması ilə nəticələnir”.

Analitik vurğulayıb ki, hər tərəfdən sanksiyalara məruz qalan və hərbi sənaye kompleksi faktiki olaraq çökməkdə olan bu ölkə özünün yararsız silahlarını satmaq üçün yeni məkan axtarır və yaxud ənənəvi məkanlara təhdid yolu ilə bu silahları sırımaq istəyir:

“Bu mülahizələrin, çıxışların və oyunların da arxasında rəsmi Moskvanın, Kremlin bəzi dairələrinin maraqlarının dayandığını düşünürəm. Anatoli Çivanok hansı əsaslarla çıxış edir ki, Azərbaycan payıza qədər öz ərazi bütövlüyünün təmini üçün əməliyyatlara başlayacaq?! Bəlkə Azərbaycan bu əməliyyatları qışda, ya da indi həyata keçirəcək?! Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad etmək səlahiyyətlərinə malikdir. Həmin ərazilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış əraziləridir. Bu ərazilərdə nə Rusiya, nə də Ermənistan hər hansı formada söz sahibidir”.

Analitikin sözlərinə görə, prosesin arxasında Rusiyanın dayandığı, işğala dəstək verdiyi, eyni zamanda, separatçıları stimullaşdırdığı da göz qabağındadır:

“Amma bəşəriyyət artıq dəyişmək üzrədir. Son dövrlərdə dünyada baş verən proseslər, separatizmə qarşı atılan addımlar Rusiyanın iddialarının hüquqi müstəvidə üstündən xətt çəkir. Yəni istər İraq, istərsə də Rusiyanın Kataloniyadakı provokasiyası ermənilərin və digərlərinin vasitəsi ilə heç bir nəticə vermədi. Dünya birliyi bu məsələlərə sərt formada mövqeyini ortaya qoydu. Ortalıqda kifayət qədər ciddi presedentlər var. Bu presedentlər Azərbaycanın da adekvat addımlar atmasını zəruri edir. Bu baxımdan bu şəxs ya Rusiya kəşfiyyatının adamıdır, kəşfiyyat məlumatlarını ötürür, ya da şübhəsiz ki, növbəti təxribat xarakterli mülahizələrlə gündəmə gəlmək istəyir”.

Qeyd edək ki, Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Çıqanok erməni mediasına müsahibəsində Rusiyanın heç bir döyüş istəyi olmadan Ermənistan-Azərbaycan konfliktinə avtomatik olaraq cəlb oluna biləcəyini deyib. Səbəb kimi isə Azərbaycanın Dağlıq Qarabağa “hücumu” (?) zamanı Ermənistanın kənarda qalmayacağı, Ermənistana isə Rusiyanın dəstək olacağını göstərib.

Çıqanov həmçinin bildirib ki, Rusiya və Azərbaycan arasındakı hər hansı qarşıdurma Türkiyəni də konflikə daxil edə bilər. Onun sözlərinə görə, Rusiya Azərbaycana müdaxilə edəcəyi təqdirdə NATO üzvü olan Türkiyə seyrçi qalmayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar