Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Qarabağda geri çəkilir

Tarix: 11-07-2018 19:07     Baxış: 2908 A- / A+
Ermənistan Qarabağda geri çəkilir


Paşinyan dövlətini özü ləğv etmiş ilk baş nazir olacaq

Ermənistan prezidenti Armen Sarkisyan Qarabağ probleminin müharibə ilə həllinin Ermənistana fəlakət gətirəcəyini bildirib.

Manevr.az-ın istipress-ə istinadən məlumatına görə bildirir ki, İrəvanda üçüncü gənclik forumunda çıxış edən Armen Sarkisyan Qarabağ danışıqlarında Ermənistanı kimlərin təmsil etməli olduğunu da açıq bildirib:

"Bu gün danışıqları aparan baş nazirdir, baş nazir və xarici işlər naziri danışıqlar siyasətini formalaşdırır", - deyə Sarkisyan vurğulayıb.


Beləliklə, Armen Sarkisyan Nikol Paşinyanın Qarabağ danışıqlarından imtina etməsi barədə verdiyi bəyanatların cəfəngiyyatdan başqa bir şey olmadığını, Ermənistanın indiyə kimi aparılmış danışıqları davam etməyə məhkum olduğunu vurğulayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnasakanyanın iyulun 11-ə nəzərdə tutulan görüşü də bunun sübutdur. Yəni Ermənistan Qarabağ məsələsində Paşinyanın diletant bəyanatları nəticəsində tutduğu məntiqsiz mövqedən geri çəkildi.

Əslində, Nikol Paşiyanın Qarabağ danışıqlarından çəkilmək barədə verdiyi qərar Ermənistanda böyük qorxu doğurmuşdu. Əksər ekspertlər Azərbaycanın bunu müharibəyə başlamaq üçün səbəb kimi istifadə edəcəyindən qorxurdu.


Putin İrəvana hücuma razılıq verib
"İndiki balans bizə güc mövqeyindən danışmağa imkan vermir",- deyə politoloq Ervand Bozoyan “Sputnik”ə müsahibəsində bildirib. Onun fikrincə, Bakı 2014-cü ildən başlayaraq militarist ritorika ilə çıxış edir, çünki Azərbaycan bu qərara gəlib ki, hərbi və hərbi-siyasi balansmı öz xeyrinə dəyişə bilib və güc mövqeyindən danışmağa haqqı çatır.

Ervand Bozoyan Ermənistanın vəziyyəti barədə qurduğu cümlələrlə Azərbaycanın bu mövqeyinin doğru olduğunu təsdiqləyib: "Anlamaq lazımdır ki, hazırda hərbi əməliyyatlar bizim üçün əlverişli deyil. Balansı bərpa etməmiş əmin ola bilmərik ki, hərbi əməliyyatlarda uğur qazana biləcəyik".

O, Nikol Paşinyanın bu cür bəyanatlarını populizm adlandırıb: "İndiki hakimiyyət əsasən ictimai rəyə əsaslanır".


Əslində, Nikol Paşinyanın oğlunu Azərbaycanın işğal edilmiş ərazilərinə hərbi xidmətə göndərməsi də belə bir populist addımdır. Birinci Qarabağ müharibəsi zamanı ordudan qaçmış və müharibənin əleyhinə olmuş bir siyasətçinin baş nazir olduqdan sonra oğlunu məcburi işğal edilmiş Azərbaycan torpaqlarına hərbi xidmətə göndərməsi ictimai rəyə oynamaqdan başqa bir şey deyildir. Paşinyan bu addımı ilə özü də bilmədən Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyir. İndiyə kimi isə ermənilər iddia edirdilər ki, müharibəni Qarabağdakı könüllülər aparır, Ermənistan yalnız kənardan dəstək verir. Paşinyan isə göstərir ki, Ermənistan çağırışçılarını Qarabağa göndərir. Yəni Qarabağda döyüşən Ermənistan ordusudur.


Paşinyan NATO-dan Qarabağ yardımı istədi - Putin qəzəbləndi
Bu məsələnin başqa tərəfi də var. Əgər cəbhənin Azərbaycan ordusunun nəzarəti altında olan tərəfindən, yaxud Ermənistan ordusunun nəzarəti altında olan tərəfindən (bunun ehtimalı daha çoxdur, çünki Paşinyan çox hərbçinin başını kəsib) təsadüfi bir güllə gəlib Nikol Paşiyanın oğluna dəysə və onun meyiti Ermənistana gedib, rəsmi mərasimlə dəfn olunsa, erməni milləti nə hala düşəcək? Sabahkı günə ümidini itirəcək və “baş nazirin oğlu ölürsə, bizimki dünəndən öləcək” deyib, şələ-şüləsini Ermənistandan kənara daşıyacaq. Əgər Paşinyan kədərdən Azərbaycana müharibə elan eləsə, KTMT ona bu məsələdə dəstək verməyəcək, bu isə Ermənistanın işğal etdiyi ərazilərlə yanaşı, İrəvan, Göyçə və Zəngəzur, ola bilər ki, Gümrü və Qaraqoyunlu kimi tarixi Azərbaycan torpaqlarını itirməsi ilə nəticələnəcək.

Hər iki variantda baş nazir Paşinyan Ermənistanın boş kənd və şəhərlərini gəzərək “bu millət hara getdi?” sualını verəcək. Tarix göstərir ki, ermənilər yaşadıqları torpaqları qoyub yaxşı həyat dalınca qaçmağa alışıblar. Məsələn, 1828-ci ildə Rusiya İrəvan xanlığını işğal edəndə Türkiyənin Bayazit paşalığının əsas əhalisi olan 100 minə yaxın erməni ev-eşiyini, torpağını qoyub, heç bir səbəb olmadan İrəvan və Göyçə zonasına qaçdı. Boş qalan kəndlərə və şəhərlərə Osmanlı Diyarbəkrdən milkanlı və zilkanlı kürd aşirətlərini gətirməli oldu. Oxşar hadisə 1915-ci ildə Van paşalığında oldu və ermənilər 2 min ildən artıq yaşadıqları və əsas əhali olduqları Vanı qoyub qaçdılar, onda da İrəvana 250 minə yaxın erməni gəldi. Düzdür, sonralar - 1960-cı illərdə Rusiyanın tövsiyyəsi ilə bunu soyqırım kimi qəbul etdirməyə çalışdılar, amma bir neçə ölkdən başqa, əksər ölkələr buü cəfəngiyyata inanmır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar