Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...

Tarix: 23-06-2018 23:26     Baxış: 2379 A- / A+
Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...

2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşdə yaralanan erməni əsgər ailəsindən gizlədilib.

Manevr.az xəbər verir ki, iki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adıyla 11 min dolar pul istəyib və yemək göndərilməsini tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub.

Yaxınları mətbuata bildiriblər ki, ərzaq və pulu əsgərə tanımadıqları şəxs vasitəsilə çatdırıblar: “Əgər o, Ermənistanda saxlanılsaydı bilərdik, çox güman ki, Qarabağ, ya da Qarabağ ətrafındakı azərbaycanlı kəndlərindən birində saxlanılıb. Biz isə uzun müddət onun hərbi hissədə olduğunu düşünmüşdük”.

Əsgərin özü komandirləri tərəfindən işğal altında olan Azərbaycan kəndində saxlanıldığını deyib: “Hərbi hissədən olan 15 nəfərlik qrup idi. Bir Azərbaycan kəndinə gəldik, mən ağır yaralanmışdım. Bizə müharibənin davam edəcəyini dedilər, lakin heç nə olmadı. Əvəzində ailəmdən pul göndərilməsini tələb etdilər.

2 il orada qaldıq, 11 min dollar və hər həftə yemək göndərdilər. Yeyib-içirdilər, müharibə də yox idi. Pul qrupa başçılıq edən kapitanın Qarabağdakı bank hesabına yatırılırdı.

Məni sərbəst buraxdıqda əlavə olaraq 15 min dram istədilər. Bunu da verib evə qayıda bildim.

Üstəgəl, Qarabağdakı hərbi hissələrdən benzin oğurlayıb satırdılar. Mənim kimi girov götürülmüş digər əsgər yoldaşlarımdan da pul alırdılar. Sonradan başa düşdük ki, bu adamlar fürsətdən istifadə edib əylənir, bizi isə girov saxlayırdılar”. Əsgərin ailəsi bu barədə dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib, lakin müraciətlərə baxılmayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar