Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ordusu addım-addım irəliləyir... - Zülfüqarov

Tarix: 12-06-2018 09:26     Baxış: 3308 A- / A+
Azərbaycan Ordusu addım-addım irəliləyir... - Zülfüqarov


Azərbaycan addım-addım öz sərhədləri üzərində bütün nəzarəti bərpa edəcək.

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Azərbaycan Ordusunun üç gün əvvəl Naxçıvanda əldə etdiyi uğuru çox yüksək qiymətləndirib:

“Bu uğur Azərbaycan Ordusunun öz gücünə arxayın olduğunun əsas göstəricisidir. Azərbaycan rəhbərliyinin siyasi iradəsi torpaqlarımızı hərbi yolla işğaldan tam şəkildə azad etməyə imkan verir. Bu, ermənilərə çox vacib bir siqnal idi. Buna görə də hesab edirəm ki, Naxçıvandakı uğurumuz Azərbaycan və onun xalqı üçün çox vacib bir addım oldu. Azərbaycanın öz sərhədləri üzərində addım-addım bütün nəzarəti bərpa edəcəyinə heç bir şübhə yoxdur”.

T.Zülfüqarov İrəvanın qeyri-konstruktivliyi ucbatından danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyib və işğalçıya qarşı güc tətbiq olunmasını mümkün sayıb:

“Azərbaycan Ermənistana hücum etmədi, sadəcə olaraq, öz sərhədinə nəzarətini bərpa etdi. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağını heç vaxt istisna etmirdim. Belə görünür ki, işğalçıya qarşı güc tətbiq olunması qaçılmazdır. Bu da Ermənistana ciddi siqnaldır. Ya sülh, ya da müharibə variantından birini seçməlidirlər. Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, ciddi seçim qarşısındadır. Dolayı yolla olsa da, Paşinyan buna cavab verdi və sülhə də, müharibəyə də hazır olduqlarını bildirdi. Bu baxımdan Azərbaycanın siyasəti və atacağımız addımlar artıq erməni tərəfinə bəllidir”. /axar,az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar