Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tank sürən hərbçi qızları - Foto

Tarix: 11-03-2018 14:10     Baxış: 3560 A- / A+
Azərbaycanın tank sürən hərbçi qızları - Foto


Azərbaycan Sərhəd Qoşunlarının T-72AB müasir tankının qadın ekipajı hərbi maşını məharətlə idarə edir.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Nəşr xatırladır ki, Azərbaycanın Sərhəd Qoşunları müasir hərbi texnika, o cümlədən döyüş meydanında müasir manevrləri ilə əminliklə liderlik edən Rusiyanın T-72AB tankları ilə tamamilə təchiz edilib. Amma onları məhz qızların idarə etdiyi ilk dəfədir məlum olub.

Nəşr vurğulayır ki, yəqin, dünyada heç bir sərhəd qoşunları Azərbaycanın Sərhəd Qoşunları kimi belə yaxşı silahlanmayıb:

“Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir. Bu da təbiidir. Axı bu elit bölməyə düşmək elə də asan deyil-onlar öz bacarıqlarını güclü cinsin təmsiçilərinə daim göstərməli olurlar”.

Xatırladaq ki, T-72 “Ural” SSRİ-nin əsas tanklarının ikinci nəslinin ən kütləvi döyüş maşınıdır. T-72 Nijni-Taqildəki Ural Vaqon Zavodu tərəfindən hazırlanır və istehsal olunur. SSRİ Silahlı Qüvvələrində silahlanmaya 1973-cü ildə qəbul edilib. “Ural” MDB ölkələrinin silahlanmasında özünəməxsus yer tutur. Varşava Müqaviləsi ölkələrinə, eləcə də Finlandiya, Hindistan, İran, İraq və Suriyaya ixrac edilir.

Azərbaycanın tank sürən hərbçi qızları - Foto

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar