Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin mafiya liderindən QARABAĞ QAZİSİNƏ JEST (VİDEO)

Tarix: 05-02-2018 16:52     Baxış: 34 703 A- / A+
Türkiyənin mafiya liderindən QARABAĞ QAZİSİNƏ JEST (VİDEO)


Türkiyənin tanınmış mafiya liderlərindən olan Sedat Peker Qarabağ qazisi Kamil Musavinin türk əsgərləri ilə bağlı yaydığı videomüraciətə dəstək mesajı verib.

Manevr.az–ın avropa.info-ya istinadən məlumatına görə, dərin dövlətin adamı hesab edilən Sedat Peker Qarabağ qazisinin dəstək videosunu Facebook səhifəsində paylaşıb:

"Vallahi, yalnız deyilik, billahi, yalnız deyilik. Dünyanın hər yerində ürəyi bizimlə döyünən qardaşlarımız var. Bir ümiddir yaşamaq”, – deyə mesajda qeyd edilir.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi Afrin əməliyyatlarında PKK terrorçularına qarşı döyüş aparan türkiyəli əsgərlərə dəstək olmaq məqsədilə video hazırlayıb.

Türkiyə mediasında yayılmış videoda qazi Qarabağ uğrunda döyüşdüyü kimi, Türkiyə üçün də canını verməyə hazır olduğunu bildirib:

"Türk qardaşlarım Afrində haqq döyüşü aparır. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsirlər. Bir Azərbaycan qazisi, bir türk oğlu olaraq türk qardaşlarıma səslənirəm: Ayağımı və gözümü öz doğma torpaqlarım olan Qarabağda fəda etdiyim kimi, canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizləri qorusun, güc qüvvət versin”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar