Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Dağlıq Qarabağda yeni gərginlik regional fəlakətə çevrilə bilər"

Tarix: 17-01-2018 19:18     Baxış: 3601 A- / A+
"Dağlıq Qarabağda yeni gərginlik regional fəlakətə çevrilə bilər"


Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər.

Bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib.

M.Qrono qeyd edib ki, Ermənistan və Azərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək üzrə müqavilələrini nəzərə alsaq, ən pis halda regional fəlakətə səbəb olacaq yeni gərginliyin qarşısını diplomatiyanın ala biləcəyinə dair ümid var.

O, həmçinin qeyd edib ki, yanvarın 18-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçiriləcək görüşdə ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək.

M.Qrono xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər:

"Lakin belə bir risk də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir. Ancaq bir çox münaqişələrdə olduğu kimi, siyasət və təhlükəsizlik bir-birini girov alıb. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimad yaratma tədbirlərinin görülməsini təkid edir. Azərbaycan isə öz növbəsində, gələcək razılaşma üzrə danışıqlar aparmadan "status-kvo"nun möhkəmlənməsindən narahat olaraq, Ermənistanın istədiyi tədbirlərə həvəssiz yanaşır”./Trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar