Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türk dünyasının “NATO-su” yaradılır? - ŞƏRH

Tarix: 11-01-2018 00:09     Baxış: 4321 A- / A+
Türk dünyasının “NATO-su” yaradılır? - ŞƏRH


Bir neçə gün öncə İranın “Mehr” informasiya agentliyinin “Al-Kawthar” teleşirkətinə istinadən yaydığı xəbər böyük rezonansa səbəb olub.

Məlumatda deyilir ki, Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan 2018-ci ildə birgə “Türk dünyasının birləşmiş ordusunu – Avrasiya hərbi qüvvələrini” yaradacaqlar.

Qeyd edək ki, türk dünyasının birgə hərbi qüvvələrinin yaradılması üzrə planın 2013-cü ildə işlənib hazırlandığı, lakin Ulan-Batora görə həyata keçirilmədiyi bildirilir. Belə ki, türk dövləti olmadığı üçün “Avrasiya təhlükəsizlik qüvvələri” statusu ilə bu birliyə qatılmalı olan Monqolustan fikrindən vaz keçmişdi.


“Bu, çox kobud bir fantaziyanın məhsuludur. Adıçəkilən ölkələrin bəzilərinin bir-biri ilə bilavasitə sərhədi də yoxdur. Onları birləşdirən faktor türk əsilli olmalarıdır. Digər tərəfdən isə, Monqolustan öz siyasətini elan etmədən, bütün prosesləri uzun müddətdir ki, kənardan izləyir.

Düşünürəm ki, bu fikirlər bandaj xarakterlidir. Yəni sosioloqlar tərəfindən ictimai fikri, ümumi əhval-ruhiyyəni, münasibəti öyrənmək üçün yayılan şayiədir.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Türk dünyasının birləşmiş ordusunun – Avrasiya hərbi qüvvələrini”nin yaradılmasının reallığı əks etdirmədiyini bildirib:

“Əksəriyyətinin türkdilli ölkələr olduğuna baxmayaraq, Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan siyasi cəhətdən rəngarəng ölkələrdir.

Digər tərəfdən, Qırğızıstanın yürütdüyü siyasət Azərbaycanı qane etmir. Belə ki, bu ölkənin sabiq prezidentləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə imza atmayıblar. Belə olan təqdirdə, biz onlarla vahid ordu yarada bilmərik.

Türkiyənin özünün də Qırğızıstanla münasibətlərində müəyyən problemlər var. Türkiyə Fətullah Gülənə məxsus mərkəzlərin bağlanılmasını tələb edərkən, Qırğızıstan rədd cavabı verib. Düşünürəm ki, Qırğızıstanla birgə türkdilli ölkələrin vahid ordunun yaradılması mümkün deyil.

Əslində, “türkdilli ölkələr birliyi” deyəndə Azərbaycan-Türkiyə birliyindən söhbət gedir. Bu iki dövlət birgə hərbi təlimlər keçirirlər. Digər türkdilli dövlətlərin bu birliyə qoşulması isə hələ problematikdir. Belə ki, qeyd edilən ölkələrin Rusiyanın iştirak etdiyi formatlardan qopub Azərbaycan və Türkiyə ilə birgə hərbi qoşun birlikləri yaratması real görünmür”, - deyə politoloq vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar