Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ cari ildə qaytarıla bilər" - ilginc açıqlama

Tarix: 05-08-2016 17:23     Baxış: 3650 A- / A+
"Qarabağ cari ildə qaytarıla bilər"

Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər.

Bu sözləri rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Putinin etibarlı adamı Sergey Markov "Vestnik kavkaza" nəşrinə Serj Sarkisyanın Moskva görüşünü şərh edərkən deyib.

Ekspert bildirib ki, Putin-Sarkisyan görüşündə əsas müzakirə mövzusu Qarabağ probleminin nizamlanması, həmçinin Moskvanın Ermənistanda daxili sabitliyin təmin edilməsində göstərə biləcəyi köməklik olacaq:

"Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər. Sıçrayış Kazan həll formulu əsasında mümkündür. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadası götürülür. Kazan formulu əsasında artıq indidən ciddi anlaşmaya çıxmaq olar".

S.Markov Putin-Sarkisyan görüşündə son vaxtlar Ermənistanda müşahidə edilən daxili siyasi vəziyyətin qarışması ilə bağlı məsələnin də gündəmdə ola biləcəyini istisna etməyib:

"Yəqin Vladimir Putin Ermənistanda nə baş verdiyi barədə Sarkisyanın öz dilindən eşitmək istəyir. Hər iki ölkə KTMT-yə daxildir, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaq prosesinə başlayıb. Rusiya Ermənistana kömək edir, bu ölkədə siyasi və iqtisadi sabitliyə görə cavabdehlik daşıyır. Ermənistan isə buna cavab olaraq Rusiyanın lider mövqe tutduğu təşkilatlarda iştirak edir. Əlbəttə ki, Moskva əvvəlcə Ermənistanın təhlükəsizliyinin, onun iqtisadi inkişafının donorudur".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı görüş üçün avqustun 10-da Moskvaya dəvət edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar