Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Amerikadan Ermənistana xəbərdarlıq: "Qarabağ qaytarılmazsa..."

Tarix: 07-09-2016 17:59     Baxış: 4471 A- / A+
Amerikadan Ermənistana xəbərdarlıq:

Ermənistanda iqtisadi inkişafın mövcud olmaması, demokratikləşmədə yetərsizlik və yüksək səviyyədə miqrasiya bu ölkəni Rusiyadan asılı vəziyyətə salıb.

Belə qənaətlə Ermənistandakı son hadisələr-İrəvanda polis polkunun binasına hücumla bağlı baş verənlərə dair Vaşinqtonda təşkil edilmiş müzakirələrdə Atlantik Şurasının (Atlantic Counsil) analitiki, diplomat Con Erbst çıxış edib.

Corc Vaşinqton Universitetinin hüquq Məktəbi və Policy Forum Armenia tərəfindən təşkil edilmiş müzakirələrdə analitik deyib ki, daxili siyasi situasiya, Rusiyanın Qarabağ məsələsindəki mövqeyi və Moskvanın özünü Ermənistanın “baş geosiyasi müttəfiqi” elan etməsi bu ölkənin müxtəlif inkişaf istiqamətlərini müəyyən edir.

“Daxili siyasi sferada konservləşdirilmiş sabitlik təkcə ədalətsiz seçkilərin nəticəsi deyil, Ermənistan vətəndaş cəmiyyətinin seçimidir. Çünki əvvəllər vətəndaşlar hökumətin siyasətinə ciddi müqavimət göstərməyiblər”-Con Erbst deyib. Analitik əlavə edib ki, bir çox keçmiş sovet respublikalarından, o cümlədən vətəndaş cəmiyyətinin yaxşı inkişaf etdiyi Ukraynadan fərqli olaraq Ermənistan müstəqillik əldə etdikdən sonra ABŞ-dan əhalinin sayına nisbətdə ən çox yardım alan ölkədir. Lakin bu pullar vətəndaş cəmiyyətinin inkişafına gətirib çıxarmayıb. “Bu baxımdam Qərb Ermənistana ciddi dəstək verib, qalanı isə erməni cəmiyyətinin işi idi”-analitik qeyd edib.

Polis polkunun binasını tutan silahlı qrupun hərəkətlərini şərh edən Con Erbst deyib ki, burada təkcə hakimiyyətdən narazılıq deyil, eyni zamanda Rusiyanın Qarabağ məsələsindəki mövqeyindən də narazılıq rol oynamışdı. Amerikalı analitikin fikrincə, əgər “Sasna tsrer” hərəkatı mövcudluğunu saxlasa və gələcəkdə inkişaf etsə təkcə Ermənistanın daxili siyasətini deyil, ölkənin geosiyasi mövqeyini də dəyişdirəcək.

Eyni zamanda, Con Erbst hesab edir ki, bu ölkədə dəyişikliklər ancaq Ermənistanın Qarabağ məsələsində güzəştə hazır olması halında qeydə alına bilər. Diplomata görə əgər Qarabağ məsələsində qarşılıqlı güzəştlərə hazırlıq nümayiş etdirilsə Ermənistanda müsbət irəliləyişlər baş verəcək. O, vurğulayıb ki, söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarına dair güzəştlərdən deyil, məhz ərazinin mənsubluğu məsələsində güzəştdən gedir.

“Bu cür qarşılıqlı güzəşlər Ermənistan üçün Türkiyə və Azərbaycanla münasibətlərdə yeni imkanlar açacaq, Rusiyanın Ermənistana təsirini azaldacaq”-analitik deyib.

Con Erbst Rusiyanın ABŞ-ı keçmiş sovet respublikalarında rəngli inqilablarla hakimiyyəti dəyişdirmək planlarında ittiham etməsinə cavab olaraq deyib ki, bu cür böhranlar ancaq xalqların öz taleyini müstəqil həll etmək imkanlarının əllərindən alındığını düşünməyə başlayanda yaranacaq. “Bu, onların seçimidir. Həmin ölkələr USAİD-in proqramlarından istifadə ediblər ki, öz vətəndaş cəmiyyətlərini gücləndirsinlər, siyasi partiyaları daha rəqabət qabiliyyətli etsinlər. Rusiyanın reaksiyası isə bundan ibarətdir ki, həmin ölkələrin necə yaşamalı olduğunu biz müəyyən edirik. Burada heç bir məntiq yoxdur”-diplomat əlavə edib.(virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar