Sizin Reklam Burada
Xəbər lenti
02 iyun
01 iyun
BÜTÜN XƏBƏRLƏR

"Artıq bəsdir!" - Elmar Məmmədyarovun sərt danışdı

Tarix: 01-09-2016 21:24     Baxış: 2202 A- / A+
"Artıq bəsdir!"


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxış edib.

Manevr.az-ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir çıxışı zamanı qeyd edib ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır.

“ATƏT məkanında təhlükəsizlik məsələsi həll olunmamış silahlı münaqişələr, davam edən hərbi təcavüz, terrorizmin artan təzyiqi, zorakı ekstremizm, separatizm, kiber-hücumlar, radikalizm və digər hədələrlə sarsılıb. Etnik və dini zəmində dözümsüzlük və ayrıseçkilik, xüsusilə islamofobiya kimi artan meyllər də ciddi çağırışlardır. Hazırkı beynəlxalq təhlükəsizlik problemlərinin əksəriyyəti beynəlxalq hüququn qəsdən pozulması və təhrif olunması səbəbindən baş verir. Bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar. Bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur.

Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Beynəlxalq hüquq və BMT TŞ-nın müvafiq qətnamələrini tam şəkildə pozaraq, Ermənistan 20 ildən çoxdur ki Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb.

Ermənistanın xarici işlər naziri burada çox ziddiyyətli danışdı. Burada hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir: Kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib! Kim ölkəmə qarşı güc tətbiq edir! Kim beynəlxalq və humanitar hüququ pozub!

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Artıq bəsdir! Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.

Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbul edilməməzliyi təmin olunmalıdır.

Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət edilməsi təmin etməliyik”.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar