Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dilqəm və Şahbaz haqqında film çəkilb - VİDEO

Tarix: 26-08-2016 10:56     Baxış: 3765 A- / A+
Dilqəm və Şahbaz haqqında film çəkilb

Kəlbəcərli girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov haqqında sənədli film çəkilib.

Koordinat.az xəbər verir ki, "İslahatçı Gənclər" İctimai Birliyinin təşkilati dəstəyi və ShushaPost.az İnformasiya Portalının informasiya dəstəyi ilə hazırlanan "Dünya susmasın!" filmi erməni vəhşiliyi nəticəsində öz dədə-baba yurdundan didərgin düşmüş üç azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun həyatından bəhs edir. Filmdə 2014-cü ilin İyul ayında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesindən və Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsindən danışılır.

Xatırladaq ki, filmin müəllifi tanınmış publisist Səbuhi Rəhimlidir. Filmdə Dilqəm, Şahbaz və Həsənin ailə üzvləri və yaxınları danışır, tanınmış şəxslərin fikirləri yer alır.

Azərbaycanlı girovların azadlığa çıxması məqsədilə atılan addımlar barədə danışan millət vəkili Qənirə Paşayeva və hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan dövlətinin girovların azadlığa çıxması üçün gördüyü işlər barədə məlumat veriblər.

Qeyd edək ki, "Dünya susmasın!" filmi sentyabr ayının əvvəlində ictimaiyyətə təqdim ediləcək. Filmin ingilis, rus və erməni dillərinə tərcümə edilərək xarici ölkələrdə təqdim edilməsi planlaşdırılır.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar