Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü qəbul etməyə hazırdır

Tarix: 29-03-2017 09:29     Baxış: 4402 A- / A+
Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü qəbul etməyə hazırdır


Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etməyə hazırdır. Virtualaz.org “Ermənistan Xəbərləri”nə istinadən bildirir ki, bu barədə ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti dünən Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə deyib.

Yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala fransalı diplomatın cavabı belə olub: “Müvafiq şərait yarandıqda görüş, əlbəttə ki, baş tutacaq. Görüş Fransada keçirilə bilər. Biz görüşün Fransa ərazisində təşkil etməyə hazır olduğumuzu bildirmişik. Əsas görüşün məhsuldar olmasıdır”.

Diplomat atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edib: “Biz ilk növbədə istərdik ki atəşkəsin pozulması hallarına yol verilməsin. Bu çox vacibdir. Əks təqdirdə danışıqları necə aparmaq olar? Eyni zamanda da irəliləmək də lazımdır”.

“Əməkdaşlığımıza gəlincə isə, qeyd etmək istərdim ki, proses gedir. Bunu hamı müşahidə edə bilmir, bu hamıya məlum deyil. Əlbəttə ki, biz detalları açıqlaya bilmərik, danışıqlar konfidensial şəkildə aparılır. Lakin bu o demək deyil ki, heç nə edilmir. Mürəkkəb prosesdir, siz bunu çox yaxşı anlayırsınız. Eyni zamanda aramızdakı, prezidentlər arasında dialoq çox dolğundur və məzmunludur”, - deyə diplomat bildirib.

Stefan Viskonti bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti ilə görüşdüklərini xatırladaraq, onlar arasında münaqişənin nizamlanmasına dair geniş və intensiv danışıqların aparıldığını qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar