Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli - “Bizi öldürməyin”

Tarix: 02-08-2016 14:23     Baxış: 21 215 A- / A+

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli


“Eldar Mahmudovun “kəsdiyi başa sorğu” olmayanda MTN-də mütəşəkkil cinayətkar dəstənin olduğunu deyirdim”


Ötən ilin bu günü ölkənin əsas media orqanlarında və sosial şəbəkələrdə ona azadlıq istəyi ilə bərabər həm də ailəsinin sarsıntı, iztirab içində keçən həyatından yazılırdı. Söhbət Eldar Mahmudovun rəhbəri olduğu mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs edilən Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, tanınmış jurnalist Pərviz Həşimlidən gedir. Gəncliyinin 2 il 6 ayını saxta ittihamlarla həbsdə keçirən Pərviz Həşimli indi azadlıqdadır.
Hazırda rəhbəri olduğu QHT fəaliyyəti ilə yanaşı həm də ölkənin xəbər portalları arasında seçilən Gununsesi.info saytına rəhbərlik edən Pərviz Həşimlinin 35 yaşı tamam olur.


Moderator.az-a müsahibə verən P. Həşimli azadlıqdakı doğum günü təəssüratları və yeni media layihəsi barədə danışıb.

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli

– Pərviz bəy, ötən ilin bu zamanında həbsxanada idiniz. Yəqin ki, həmin günü ailəniz sizi tək buraxmadı. İndi isə azadlıqda 35 yaşınızı qeyd edirsiniz. 8 illik cəzaya məhkum olunan şəxs kimi qısa zamanda azadlıqda olacağınızı gözləyirdinizmi?

– Ötən ilin bu tarixini bu gün səhər saatlarından xatırladım. Ailə üzvlərim əllərində tort yanıma gəlmişdilər. Müəssisədə tort kəsdik, dərdləşdik və ayrıldıq. Həmin günü 13 saylı cəzaçəkmə müəssisəsində olan Əli İnsanov, Tofiq Yaqublu, Anar Məmmədli, İlkin Rüstəmzadə, Əbdül Əbilovla keçirdim. Yəni, unudulmayacaq bir gün yaşadım. Həbsxana gündəliyimdə də qeydlərim oldu. Bu gün isə fərqli bir ortamda qeyd elədim. 8 il cəza alan şəxs olaraq, azadlığa çıxmaq şansıma gəlincə, açıq deyim ki, Eldar Mahmudovun nazir olduğu dönəmdə buna inamım yaxın perspektiv üçün olmayıb. Dünyanın ən nüfuzlu qurumlarının mənə azadlıq tələb etməsinə, Amnesty İnternational kimi bir qurumun məni “Vicdan məhbusu” elan etməsinə baxmayaraq düşünmüşəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra bu reallaşa bilər. Çünki məhkəmə-hüquq sisteminin başında duranlar ondan qorxurdu. Mən isə Eldar Mahmudovun “kəsdiyi başa sorğu” olmayanda MTN-də mütəşəkkil cinayətkar dəstənin olduğunu deyirdim. Ona görə də 35 olmasa da 36-37-ni azadlıqda qarşılayacağıma inamım vardı. Mark Tvenin “Pis fikirləri beyninizdən qovun ki, fərəh üçün qəlbinizdə yer açılsın” fikirinə köklənərək, gələcək barədə düşündüm.

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli

– Ömrünüzün, 2.6 ilini həbsdə keçirdiniz. Həbs həyatı sizdən nəyi alıb, nəyi verdi?

– MTN tərəfindən həbsimi 2012-ci ildən gözləyirdim. Psixoloji cəhətdən də buna hazır idim. Amma həbsimin vəhşiliklə, namərdcəsinə reallaşacağını gözləmirdim. Qardaşımın toy məclisinə 3 gün qalmış məni şərlədilər. Törətdiyi cinayətlərə görə, bu gün həbsdə olan Elçin Quliyev bilə-bilə ki, evdə hamilə qadın və 5 yaşlı uşaqdan başqa kimsə yoxdur, silahlı hücum təşkil elədi. Qəzetdə oxudum ki, o zaman 5 yaşı olan qızım Zeynəb maskalanmış silahlıların qarşısında balaca əllərini qaldırıb, “Bizi öldürməyin” deyə fəryad edib. Bunu həbsdə olduğum 2.6 il və bu gün də xatırlayıram. Heç zaman da unutmayacağım, kədərli məqam kimi xatirimdə qalacaq. Yeniliklərdən biri isə övladımın dünyaya gəlişi oldu.

Həbsdə olarkən, gündəlik qeydlərim və hadisəyə baxışımı ifadə edən yazılarım oldu. Nəticədə ortaya bir kitab çıxdı. Əvvəlcə kitaba “MTN dəhşətləri” adı versəm də sonradan “Bizi öldürməyin” adlandırdım. Yaxın zamanlarda çap olunacaq. Ailəmin, valideyinlərimin məhkəmə zalında gözlərinin içindəki dərin kədəri də sezmək mənə ağır gəlirdi. Həbsdə olarkən, çoxlu oxumaq imkanım oldu. İngilis dili üzərində çalışdım. Ən ciddi itki isə həm də mənə dost olan qaynım Kamalın ölümü oldu. İlkin zamanlar çox təsirli idim.

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli

– Dostlarınız necə, bu çətin günlərinizdə sınaqdan çıxa bildimi?

– Həbsim həm də dost seçimində yanılmadığımı ortaya çıxardı. Yoldaşlıq etdiyim 2-3 nəfər oldu ki, onlardan xəbər çıxmadı. Anladım ki, dostluq restoranda bir-birinə qonaqlıq verib, sağlığa badə qaldırmaqdan ibarət deyil. Dostlarım hər zaman yanımda oldu. Şükür ki, yanılmamışam onları seçərkən.

– Hazırda azadlıqdasınız. Sizi həbs edənlərin özləri ağır cinayətlərdə təqsirli bilinərək həbs edilib. Bəraət almaq şansınız nə yerdədir?

– İstər həbsim, istərsə də barəmdə çıxarılan azadlıqdan məhrumetmə qərarı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmişəm. Təbii ki, bəraət üçün bütün hüquqi vasitələrdən yararlanacağam. Kifayət qədər sübutlar, faktlar var. MTN məni şərlədiyi silahlarla məndən əvvəl daha iki işdə istifadə edib.

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli

– Həbsdən çıxandan sonra Gununsesi.info adlı xəbər saytı qurdunuz. Yeni layihənizdən razısınızmı?

– Saytımız 2 aydır ki, fəaliyyətdədir. Qısa zaman kəsimi olmasına baxmayaraq, artıq ictimai-siyasi dairələrdə tanınır. Elə bir gün olmayıb ki, başqa media orqanları bizim xəbərlərimizi istinadla yaymasınlar. Hazırda 20 min üzərində oxucumuz var. Sentyabrdan bu rəqəmi 30-40 minə çatdıracağımıza inanıram.

35 yaşını azadlıqda qeyd edən Pərviz Həşimli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar