Sizin Reklam Burada
Xəbər lenti
10 iyul
09 iyul
08 iyul
BÜTÜN XƏBƏRLƏR

“Əhalinin 60 faizi koronavirusa yoluxacaq” - Azərbaycanlı həkim

Tarix: 27-06-2020 19:37     Baxış: 3270 A- / A+
“Əhalinin 60 faizi koronavirusa yoluxacaq” - Azərbaycanlı həkim

Manevr.az tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayılın koronavirusla bağlı müsahibəsini təqdim edir:

- Vasif bəy, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bunun səbəbi nədir?

- Bu, sosial məsafə və karantin qaydalarına tam əməl edilməməsi ilə bağlıdır. İnsanlar qaydalara əməl etmək istəmir. Onlar müxtəlif bəhanələr gətirirlər. Bu sırada da virus öz işini görür. Yəni, biz ona inanmadıqca, koronavirus daha çox yaylır.

- Virusun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Karantin qaydalarına əməl edib, insanları da buna təşviq etmək lazımdır. Hazırda virusla mübarizədə alternativ yol yoxdur. Maska taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara əməl etmək lazımdır.

- Artıq bir neçə gündür xəstələr ev şəraitində müalicə olunmağa başlayıb. Ev şəraitində müalicə nə dərəcədə doğrudur?

- Müəyyən qrup insanlar var ki, onların ev şəraitində müalicə almaları mümkündür. Sadəcə olaraq, ev şəraitində müalicə alanlar xüsusi olaraq diqqətli olmalı, həkimin bütün göstərişlərinə əməl etməlidirlər. Bütün bunlara diqqət etsələr, evdə müalicə də effektli ola bilər.

- Virusa qarşı imuniteti gücləndirmək üçün hansı qidalara üstünlük vermək lazımdır?

- Bunun üçün xüsusi bir qida yoxdur ki, ondan istifadə edək. Amma mövsümü qidalardan, xüsusi ilə meyvə və tərəvəzlərdən istifadəni artırmalıyıq. Yəni, təbii olan qidalardan istifadə etməliyik. Bu, hazırki vəziyyətdə çox vacibdir. Çünki virus sağlam orqanzimə o qədər də təsir edə bilmir.

- Vasif bəy, niyə insanlar maska taxmaq istəmir?

- Birincisi, insanlar maskanın virusdan qoruyacağına inanmırlar. İkincisi, bəzi səslənən ziddiyətli fikirlər onlarda müəyyən şübhələr yaradır. Bu da onlarda maska taxmaqla bağlı qərarsızlığa səbəb olur.

- İnsanları virusun həqiqətən təhlükəli olmasına necə inandırmaq olar?


- Ancaq düzgün təbliğat forması ilə. Bu haqda çox yazmışam. Hesab edirəm ki, təbliğat sistemli, insanların başa düşəcəyi formada və müəyyən qurumların iştirakı ilə aparılmalıdır. Fikrimcə, bu formada təbliğat daha çox effekt verər.

- Sizcə, koronavirus nə vaxta qədər davam edəcək?


- Əhalinin 60 fazi koronavirusa yoluxub sağalandan sonra ya virus yox olacaq, ya da bizim içərimizdə yaşamağa davam edəcək. Amma içimizdə yaşasa da, bizə ziyan vura bilməyəcək.

- Bu proses nə qədər çəkəcək?


- Krantin qaydalarının effektliliyindən asılıdır. Karantin qaydaları nə qədər efektli olsa, bu məsələ bir o qədər uzanacaq. Amma ümumi götürəndə virus təxminən 15 ay sürür. Bu da o deməkdir ki, 2021-ci ilin ilk aylarına qədər bu virus davam edəcək./redaktor.az

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar