Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Yaş artdıqca ədəbiyyatdan danışmağa ehtiyat edirəm" - Şərif AĞAYARLA MÜSAHİBƏ

Tarix: 11-01-2017 23:10     Baxış: 6565 A- / A+
"Yaş artdıqca ədəbiyyatdan danışmağa ehtiyat edirəm"



Manevr.az yazıçı Şərif Ağayarla müsahibəni təqdim edir.

- Bu günlərdə yeni romanınız haqqında çox parlaq simalardan ciddi fikirlər eşitdik. Bu romanın çox böyük marağa səbəb olacağını gözləyirsinizmi?

- Gözləyirəm.

- Romanın çapı nə vaxta nəzərdə tutulub?

- Bu ayın sonunacan nəşriyyata təqdim etməyi düşünürəm.

- Bu əsərdən qabaq yazdığınız "Gülüstan" romanına münasibət birmənalı olmadı. Tərif deyildi, tənqid də. Şəxsən mənə görə, tənqidlərin böyük əksəriyyətində haqsızlığa yol verilmişdi. Bəs siz necə düşünürsünüz?

- Yaş artdıqca ədəbiyyatdan danışmağa ehtiyat edirəm. Xüsusən, öz yazılarım haqqında... Haqsızlıq demək olmaz, hər kəs öz fikrini bölüşdü. Adamların səmimi olduğuna inanıram. Ancaq ona da inanıram ki, bu kitab yaşayacaq. Azərbaycan insanının o qədər əzablarını əks etdirən kitab havada qala bilməz. Belə düşünürəm.

- Bir çox hallarda belə bir fikir səslənir ki, Şərif Ağayar xatirələrdən xilas ola bilmir. Yazdıqları da aşağı-yuxarı bu xatirələrdən ibarətdir. Bu barədə siz nə düşünürsünüz?

- Xatirə yazmıram. Məncə, yanlış qənaətdir. Ancaq xatirələrdən motivlənən yazılarım çoxdur. Xatirə, yaddaş ədəbiyyatı, xüsusən nəsri həmişə qidalandırıb. Baxır o xatirəni, o yaddaşı necə yazırsan. Mən nəsrə çevirməyə çalışıram. Memuar yazmıram. Bu, ayrı janrdır.

- Bəzi dostların sənə Kulisdə işləməyi bağışlaya bilmirlır sanki, bunun dəfələrlə şahidi olmuşam. Sizcə nədən irəli gəlir bu münasibət?

- Harda işləyəcəyimi, nə yazacağımı özüm seçirəm. Dostlar həqiqətən də belə edirlərsə, səhv edirlər.

- Bəzən belə suallarla üzləşirik: Trierə baxan, onun filmlərini yüksək qiymətləndirən bir insanın tutaq Aşıq Ədalətə, muğama qulaq asması anormaldır. Bu barədə nə düşünürsünüz?

- Anormal fikirdir. Mənim üçün Trierlə Alim Qasımov arasında sədd yoxdur. Dünya var, insan var, sənət var və sənətkar var. Kimin hardan olması, nə qədər tanınması və nə ilə məşğul olması önəmli deyil.

- Məclis dostluqlarının ədəbi fəaliyyətə nə kimi təsirləri var, bu təsiri öz üzərinizdə hiss etmisinizmi?

- Elə adamlar var ki onlarla oturub çay içəndə də nəsə öyrənirsən. Məclislər mənə çox şey verib. Ümumiyyətlə, istedadlı dostlarla oturmağı, əylənməyi sevirəm.

- Çapa hazırladığınız romanla yanaşı başqa bir əsər də yazmısınız. O əsərinizin konsepsiyası nədir?

- İnsanın iqtisadi azadlığı məsələsidir. SSRİ-nin dağılma dövründən bəhs edir. Kapitalizm insanları öz təbii yaşayışından, azad və rahat dünyasından ayırır, onları faciələrə düçar edir. Xüsusən, təbiətlə nəfəs alan, sənətlə yaşayan, mifə-əfsanəyə inanan insanları... Ümumi belə deyə bilərəm. Çoxlu mətləblər var. Məncə, o roman da marağa səbəb olacaq. Orda da çalışmışam nəsrimiz üçün yeni nələrsə edim.

(Moderator.az, Rəşad)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar