Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Belə icra başçıları korrupsiyaya maraqlı olan yerlərdə yetişirlər”

Tarix: 25-05-2020 18:09     Baxış: 2409 A- / A+
“Belə icra başçıları korrupsiyaya maraqlı olan yerlərdə yetişirlər”


Manevr.az YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadənin yenisabah.az-a müsahibəsin təqdim edir:

- Aydın müəllim, icra başçılarının silsilə həbsindən sonra ortaya bir sual çıxıb: bu adamların təqdimatını kim verib? Rüşvətə və korrupsiyaya meylli bu adamlar harda yetişib?

- Korrupsiyaya maraqlı olan yerlərdə yetişirlər. İnsanlar vəzifədə olarkən, özlərini böyük həyata hazırlayarkən heç də içəridə olan çirkin niyyətlərini biruzə vermirlər. Onlar aşağı vəzifədə olarkən işə məsuliyyətlə yanaşırlar, özlərini ideal kimi göstərirlər, vətəndaşların problemlərini diqqət mərkəzində çəkməyə çalışırlar. Ancaq onlara hansısa vəzifəni etibar edəndə çirkin niyyətləri üzə çıxır. Ətraflarına özləri kimi insanları yığırlar. Özlərinin çirkin sistemlərini qururlar. Müəyyən vaxtlarda hərəkətləri sadəcə qüsur kimi görünür, nəticədə onlara xəbərdarlıq edilir. Lakin daha sonra onlar yeni bir çirkin metoda keçirlər. Ancaq bu yolun sonu ola bilməz. Heç kəs məqsədli şəkildə çirkin kadrları qabağa çəkmir. İnsanları fəaliyyətlərinə, onların davranış və nüfuzlarına görə seçirlər, amma çox təəssüf ki, belə hallar baş verir. Bu, o deməkdir ki, icra hakimiyyət başçıları ilə işdə daha dəqiq nəzarət mexanizmi tətbiq edilməlidir. Bu addımlar atılır, hesab edirəm ki, bundan sonra rüşvətə meyilli adamların sayı minimuma enər. Rəhbər vəzifədə olanların fəaliyyətinə daha dəqiq, yerində nəzarət edilməsi təmin edilir. Elə bir sistem yaradılır ki, artıq onlar korrupsiyaya uğraya bilməsin. Məsələn, vaxtilə hansısa bir arayış almaq üçün müxtəlif idarələrin qapısı döyülürdü, ASAN xidmət yaradılandan sonra şəffaf şəraitdə məsələlər həll edildi. Digər qurumlarda da elə olacaq.

- Həbs olunan məmurların əksəriyyətinin YAP üzvü olması hakim partiyanın fəaliyyətinin təftiş edilməsinə səbəb olub. İndi həbs olunan məmurlarla yanaşı, həm də YAP qınanır. Rüşvətxorları YAP-ın yetişdirdiyi deyilir. YAP-ın ünvanına səslənən tənqidi fikirlələ razısınızmı?

- Azərbaycanda onminlərlə məmur var. Bunların bəziləri YAP-ın 756 min 307 üzvündən biridir. YAP-ın proqram və nizamnaməsində Yeni Azərbaycan uğrunda fəaliyyət, vətəndaşların problemlərin həll olunması üçün siyasət yeridilməsi əsas götürülür. YAP-ı təmsil edənlərdən ancaq bunlar tələb edilir. Korrrupsiya, rüşvətxorluğa qarşı mübarizənin önündə də məhz YAP gedir. Bu zaman kiminsə YAP-ın üzvü olması, bitmiş xidmətləri nəzərə alınmır. Vaxtında onların fəaliyyətinə qiymət verilir. Hakim partiya bir qrup insanların onların sırasına düşməməsinə xüsusi diqqət edir, amma bununla belə, vəzifəsindən sui-istifadə edən insanlara rast gəlinir. Dünyanın ən inkişaf etmiş ölkələrində də hakim partiya sıralarında partiyanın siyasətinə zidd fəaliyyət göstərənlər olur. YAP onlara qarşı həmişə sərt mövqedədir və bundan sonra da olacaq.

- Müşahidəçilər hesab edirlər ki, iqtidar partiyası da islahatlardan kənarda qalmamalıdır. Necə düşünürsünüz, YAP-da dəyişikliklərə ehtiyac varmı?

- Hər qurultayda YAP öz fəaliyyətində dəyişiklik edir. Hər qurultayın qərarlarında biz məsələlərə yeni yanaşmanı görürük. İdarəetmə strukturunda da dəyişikliklər etmək olar. Eyni zamanda rəhbər orqanlara yeni simalar seçilir, gənclərə yer verilir. Qadın, ziyalı, demokratik düşüncəli insanların irəli çəkilməsinə böyük diqqət ayrılır. Bu baxımdam YAP həmişə yeniliyin, islahatçılığın tərəfdarıdır. YAP mənəvi dəyərlərimizin qorunması ilə yanaşı dünyanı inkişafa aparan proseslərin də olmasına böyük diqqət edib.

Əlbəttə ki, YAP-ın nə vaxtsa çağırılacaq qurultayında cəmiyyət onun daha da yeniləşmiş simasını görəcək. Dəyişikliyə həmişə ehtiyac var. YAP hesab etmir ki, dəyişiklik bir dəfə ilə bitdi və bununla da növbəti qurultayı gözləmək lazımdır. YAP həmişə dövrün tələbinə uyğun olaraq öz siyasətini qurmağa çalışır.

- Politoloq Eldar Namazov təklif edib ki, Yeni Azərbaycan Partiyasının bölmələri məmurlardan ibarət olmasın. Çünki bir şəxs həm icra hakimiyyətində vəzifə tutub, həm partiyaya rəhbərlik edəndə sistemdə qarışıqlıq olur. Onun fikrincə YAP-ın rayon şöbələri siyasi-ideoloji funksiya yerinə yetirməli, o cümlədən həmin rayonda çalışan məmurların üzərində ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Bu fikirlə razısınız?

- O şəxs YAP-ın üzvü deyil və onun YAP-a məsləhət verməsinə də heç bir ehtiyac yoxdur. Bu haqda cavabım bundan ibarətdir.

- Siz necə düşünürsüz, partiya bölmələrində icra orqanlarında çalışan şəxslər olmalıdırmı?

- Mən təəssüf edirəm ki, icra orqanları ilə YAP-ı üzbəüz qoymağa cəhd edilir. Onları qarşı-qarşıya qoymamaq lazımdır. Çünki bu, kökündən səhv bir yanaşmadır. İcra orqanlarında işləyənlərin də böyük əksəriyyəti YAP-ın üzvləridir və partiyanın siyasətini həyata keçirirlər. YAP-ın yerli orqanlarının rəhbər şəxslərinin kimlər olmasını yerlərdə olan YAP-çılar müəyyən edir. Onlardan etimadı doğrultmaq gözlənilir. YAP-ın üzvləri onların işləməyindən asılı olmayaraq, partiyanın siyasətini həyata keçirməyə məcburdurlar. Əgər hansısa icra orqanında işləyən partiya üzvümüz səhvə yol verirsə, bunun üçün nəyisə gözləməyə dəymir. Onunla bağlı tədbir görülür.

- Bəziləri hesab edir ki, kadr dəyişiklikləri kampaniya xarakteri daşıyır. Bu haqda siz nə düşünürsüz, onlar haqlıdır, yoxsa bu ümumi bir siyasətdir?

- Kimin nə düşünməsindən asılı olmayaraq ölkə rəhbərliyi qanunun aliliyini əsas götürür. Buna müvafiq olaraq da addımlar atılır.

- Məmurların ardıcıl həbslərdən dərs çıxarmama səbəbi nədir? Burada aparıcı yeri onların nəfsləri, yoxsa rüşvətin ölkədə sistem xarakteri daşıması tutur?

- Bu, ilk növbədə müəyyən adamların özlərini qanundan kənar hesab etməsi, heç zaman çirkin əməllərinin aşkar olunmayacağını düşünməsi ilə əlaqədardır. Amma hadisələr göstərdi ki, heç kəs qanundan kənarda özünü hiss edə bilməz. Neçə nəfər qanunu pozaraq rüşvətə üz tutbsa, hamısının cəzası verilib.

- Bildiyiniz kimi, Əbülfəs Qarayev də vəzifədən çıxarıldı. Həmçinin nazirlikdəki bir neçə nəfər rüşvət və korrrupsiya səbəbilə həbs edildi. Sizcə daha kimlər vəzifədən getməlidir? Ümumiyyətlə, hansı nazirlikdə rüşvət və korrupsiya meylləri daha çox sezilir?

- Bunu ali rəhbərlik bilər. Belədə isə nazirliyin vəzifəsi prezidentin siyasi xəttini həyata keçirməkdir.

- Prezident həmişə ictimai nəzarətin vacibliyini vurğulayır. Niyə məmur özbaşınalığından ancaq müstəqil və müxalifyönümlü adamlar danışırlar, hansı ki, bunlar hüquq mühafizə orqanlarının fəaliyyəti nəticəsində tam təsdiqini tapıb. Niyə həmin şəxslərin fəaliyyəti partiyanın müvafiq strukturlarında müzakirə olunmur?

- Həmişə edilib. Yəni YAP-ın aşağı zümrələrindən tutmuş rəhbər orqanlarına kimi səhvə yol verən, fəaliyyəti narazılıq doğuran və yaxud da təyinatı artıq müəyyən dövrdən sonra narazılıq doğuran insanların müzakirəsi həmişə müxtəlif zümrələrdə müzakirə edilir və müvafiq qərarlar verilir. YAP hakimiyyətdə təmsil olunan partiya üzvlərindən partiya nizamnaməsi və prezidentin tələblərinə uyğun olaraq hərəkət etməyi tələb edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar