Sizin Reklam Burada
Xəbər lenti
29 may
28 may
BÜTÜN XƏBƏRLƏR

"Paşinyanı qayadan tufulladaram!" - Şuşanın İcra başçısı

Tarix: 09-05-2020 21:20     Baxış: 4227 A- / A+
"Paşinyanı qayadan tufulladaram!" - Şuşanın İcra başçısı

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gəlib. O, Qarabağda Şuşanın ermənilər tərəfindən işğalının 28 illiyinə həsr edilən tədbirlərdə iştirak edəcək.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Şuşanın İcra başçısı Bayram Səfərov konkret.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Bayram bəy, Paşinyan bu gün Şuşaya səfər edib. Buna münasibətiniz?

– Nə münasibət bildirim ona? Sizin münasibətiniz necədir? Mən də sizin kimi azərbaycanlıyam, demək ki, mənim də münasibətim pisdir də. Mən ona yaxşı ola bilmərəm. Şuşa mənim vətənimdir.

– Bununla bağlı hər hansı bir bəyanat vermisiniz?

– Bura bax, bir elə bəyanat verilir, mənim bəyanatımla nə olacaq? BMT-nin qətnamələri var.. Bunlar həyasız adamlardırlar. Nə qədər ki, bunların tərəfini saxlayanlar var, mənim bəyanat verib, verməməyim nəyi dəyişəcək? Bu gün hamı şuşalı olmalıdır. Şuşa mayın 8-dən 8-nə yada düşməməlidir.

– Ötən il saytlardan birinə Paşinyanın Şuşaya səfəri ilə bağlı məsahibənizdə bir ifadəniz müzakirə mövzusu oldu: “Paşinyan Şuşaya səfər etdiyi yerdə qıçları qırılsın”. Həqiqətən bu ifadələr sizə məxsusdur?

– Siz onsuz da bundan başqa bir şey bacarmırsınız. Hər sözdə bir məna axtarırsınız. Mən nə demişdim ki? Demişdim getdiyi yerdə qıçları qırılsın! Nə deməliydim, jurnalist məni muştuluqlayırdı? Bura bax, öz gözünüzdəki tirləri görmürsüz, mənim gözümdə tük axtarırsınız. Jurnalistlər illərdir söz tapmırlar, eyni sözləri hər dəfə təkrar edirlər. Sonra da deyirlər ki, Bayram müəllim jurnalistlərlə münasibət saxlamır. Paşinyan yanımda getdiyi yerdə onu qayadan aşırdaram! Bura bax, onu qayadan tufulladaram! Mən xalqımı da sevirəm, vətənimi də sevirəm, torpağım uğrunda, cənab Prezidentimiz uğrunda hər zaman ölümə getməyə hazıram.

– Sizin fikrinizcə, Qarabağın azadlığı müharibədən, yoxsa danışıqlardan keçir?

– Düzünü bilmək istəyərsinizsə, mən sülh yolunu seçirəm.

– Əminsiz ki, sülh yolu ilə azad olunacaq?

– Mən şuşalıyam, Şuşada döyüşlərdə olan insanları görmüşəm. Anaları övladsız qalan, qardaşları şəhid olanları, qız-gəlinləri dul qalan görmüşəm. Uşaqlar yetim qalıb, qan tökülüb, gözümün qarşısında snaryad dəyib qadının qolu yerə düşüb… Mən bunların hər birinin şahidi olmuşam.

– Bayram bəy, siz döyüşlərdə iştirak etmisiz?

– Mən Şuşada yaşamışam və həmin vaxt vəzifədə idim. Vəzifə borcumu yerinə yetirirdim. Dağlıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kəlbəcərə yaxın yerlərin təminatı ilə məşğul idim. O vaxt “raypo” deyilən bir idarə var idi. Mən həmin idarənin sədri, eyni zamanda “Azər ittifaq”ın idarə heyətinin üzvü idim. Heç görmüsünüz, müharibədə bir nəfər azərbaycanlı desin ki, “Mənim unum, çörəyim, nöyütüm, yeməyim yoxdur?” Hamı deyirdi ki, silahım yoxdur! Mən sinəmə döymürəm, amma o xidməti mən göstərmişəm. Cəsarətlə, cürətlə tank, BTR, vertolyotla bütün kəndlərə tələbat mallarını çatdırmışam. Sonra isə mən Şuşa rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmuşam. Ondan sonra da 5 mart 1993-cü ildə keçmiş müxalifətçilərin vəzifəsini dondurması var idi, mən də onlarla bərabər vəzifəmi dondurdum. Mən Şuşadan çıxandan 2009-cu ilə kimi heç kim mənə vəzifə təklif etməyib. 2009-cu ildə cənab Prezidentimizin sərəncamı ilə Şuşa rayonuna icra başçısı təyin olunmuşam. Bu günə qədər də canımla, qanımla xidmət edirəm və çalışıram ki, möhtərəm Prezidentimizin tapşırıqlarına imkanım qədər, mümkün qədər riayət edim.


Manevr.az








Müəllif: Rəhman Orxan
Tarix: 9 may 2020 23:19
Boş-boş guruldatma, Bayram Səfərov! "Tufulladaram" nədir? Sən heç Azərbaycan dilini də düz-əməlli bilmirsənmiş!
Ermənini qayadan aşağı fırıldadan adam bunu elə o vaxt - 1992-ci ildə edərdi, daha bankın pullarını götürüb, tələm-tələsik Şuşadan "daban 56" qaçmazdı. Və sən o vaxtdan bəri Şuşa rəhbərliyində olmalı deyildin. Ancaq gec də olsa, yəqin daha sənin də əl-ayağını yığar DTX! Çox qalmayıb...
Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar