Sizin Reklam Burada
Xəbər lenti
06 aprel
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

Atası Nərminlə bağlı SENSASİON FAKTLARI AÇDI: Bir gün eşitdim ki, müəllimi onu... - MÜSAHİBƏ

Tarix: 20-03-2020 11:38     Baxış: 3109 A- / A+
Atası Nərminlə bağlı SENSASİON FAKTLARI AÇDI: Bir gün eşitdim ki, müəllimi onu... - MÜSAHİBƏ


Feminist Nərmin Şahmarzadənin atası Ağalar Şahmarzadə müsahibə verib. Ağalar Şahmarzadə Sabunçu rayonu 307 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışırdı. Hansı ki, Nərmin də o məktəbin nümunəvi şagirdi olub. Ata sonradan iş yerini dəyişib. Özü etiraf etməsə də belə addım atmasının qızı ilə bağlı olduğunu deyir çoxu. İnsandır, utanıb, müzakirə açmaq istəməyib övladı ilə bağlı. Ona söz verdiyim kimi, indi harada fəaliyyət göstərdiyini yazmayacağam. Amma bir tarixçə danışacağıq sizə ikimiz. Bizim vətəndaş, onun övlad kimi itirməkdə olduğu Nərmin barədə. Nərmin deyən kimi söhbətə belə giriş verdi Ağalar müəllim:

- Nərmin qeyri-adi istedada malik uşaq idi. Az yaşından çoxlu fərqli kitablar oxuyurdu. Hərdən mənə elə gəlirdi ki, onun beyninin gücü çatmır oxuduğu kitabların ağırlığına, amma yenə də oxuyurdu. O kitablar ona təsir edirdi.

- Hansı məzmunda kitablar oxuyurdu?

- Millətlər və psixoloji baxışlarla bağlı. Bir hadisə oldu, onun xarakterindəki dəyişiklikləri ondan sonra daha qabarıq hiss elədim.

- Hansı hadisə?

- Nərmini hazırlığa qoydum. Savadlı, tanınmış Sevil (ad şərtidir - red) müəllimənin yanına hazırlığa getməyə başladı biologiyadan. Bir gün eşitdim həmin müəllim ibadət edən, namaz qılan, savadlı qızımı krişnaçıların cəmiyyətinə aparır, özü də evə xəbərdarlıq etmədən, gizlicə.

- Bəs qızınız bunu niyə demirmiş?

- O təxmin edib ki, mənim reaksiyam nə ola bilər. Müəlliməyə də son dərəcə bağlı idi. O üzdən müəlliməyə söz verib ki, deməyəcək.

- Bilib neynədiniz?

-Biz onunla Qurani-Kərimi oxuyub, bir yerdə analiz, müzakirə edirdik. Sonra nə baş verdi, necə oldu – bilmədim, gördüm qızım tamam başqa aləmin adamı olub. Başqa dinlərlə maraqlanır, başqa həyat yaşamağa başlayır.
Müəllimə ilə ciddi mübahisəmiz oldu. Dedim hazırlığa yolladığım uşağı hansı haqla, özü də xəbərim olmadan götürüb dini cəmiyyətin tədbirinə aparırsan, beyninin yeyirsən, özü də xəlvət. Mübahisə Nərmini sarsıtmışdı, ilk dəfə onda hiss elədim ki, mən Nərmin məsələsində deyəsən gecikdim. O, çox dəyişmişdi.

- Nə kimi dəyişiklik var idi?

- Namazdan imtina eləmişdi, yəni islami dəyərlərdən. Məsləhətlərimi dinləmirdi.

- Müəllimədən şikayət etdinizmi?

- Əvvəl düşündüm ki, şikayət edim. Hətta buna hazırlaşmışdım da. Amma sonra qızıma baxdım, uşaq bərk sarsılmışdı, elə bildi müəlliməyə nəsə olacaq. O sarsıntı məni qorxutdu. Dayanmalı oldum.

- Nədən qorxdunuz?

- Qızımı itirməkdən qorxdum. Yaşının ən çətin dönəmində idi. Düşündüm ki, intihar edər, özümə bağışlaya bilmərəm sonra.

- Həmin dönəmdə Nərminin neçə yaşı olardı?

- On altı. O üzdən dedim ki, yaşının həssas dönəmində idi. Bir şeydə özümü qınayıram hərdən. O, tibb sahəsinə hazırlaşırdı, yayındırdım. Düşünürdüm o sahə ağırdır. Qızıma rahat həyat arzulayırdım. Kaş mane olmayaydım. Ondan sonra başladı psixologiya sahəsinə meyillənməyə. Xüsusilə Türkiyədən kitablar gətirdirdi. Bir məqama da diqqət edirdim ki, oxuduğu kitablar çox ağırdır. Hətta özünə də deyirdim ki, bunlar sənin yaşına, beyninə yükdür, oxuma. Amma dinləmədi. Dedi yox, rahatdır, xahiş elədi ona mane olmayım. Sonradan nə kitab istəsəydi, mənə də deyirdi, sifariş edib gətirdirdik. Evimizdə bəlkə də ona aid on min manatlıq kitabxana var. Bir dəfə də mənə bir kitab bağışladı. Çox təsirli ön söz də yazmışdı. O kitabın cəmi dörd səhifəsini oxudum.

- Niyə?

- Müəllifini unutmuşam, “Aşma” adlı kitab idi. Gördüm oxuduqca milli dəyərlərdən, dinimizdən uzaqlaşıram. Anladım ki, kitabın insanın həyat tərzinə ciddi təsiri var. Ona görə də davam eləmədim. Qızıma da dedim ki, bunlar sənə mənfi təsir edəcək, amma məni yenə dinləmədi. Biz onunla Qurani-Kərimi oxuyub, bir yerdə analiz, müzakirə edirdik. Sonra nə baş verdi, necə oldu – bilmədim, gördüm qızım tamam başqa aləmin adamı olub. Başqa dinlərlə maraqlanır, başqa həyat yaşamağa başlayır. Nərmin artıq universitetə qəbul olunmuşdu. Günlərin birində müəllimlərindən biri mənə dedi ki, qızın bəzi kitablar oxuyur, doğru seçim etmir, onu belə mütaliədən uzaqlaşdır. Müəllim nə görmüşdüsə, son dərəcə narahat olmuşdu. Detallı demədi mənə, bircə onu söylədi ki, təcili uzaqlaşdır, sonra gec olacaq.

- Bəlkə həmin kitabları ona kimsə verirdi. Xüsusi olaraq, niyə maraqlanmadınız?

- İkram (ad şərtidir - red) adlı bir oğlan var idi. Kim idisə bilmirəm, həmin kitabları gedib ondan alırdı. Mən nə qədər araşdırdım o adamların kimliyini müəyyən edə bilmədim.

- Sizin barənizdə kimdən soruşduq, hamı yaxşı mütəxəssis, pedaqoq, insan kimi tərif elədi. O üzdən sizi incitmiş olsam da, bunu soruşmalıyam. Bir yaxşı adam, müəllim, valideyn, insan niyə öz balasını xilas eləməyi bacarmadı, yarıda dayandı? Nə idi sizi qorxudan?

- (uzun bir fasilə - red) Nərmin qəribə olmuşdu. Hərdən deyirdi, yaşamaq maraqsızdır, mənası yoxdur, niyə yaşayaq ki... Düzü, mən qorxdum. Məni dayandıran onu itirmək qorxusu idi.

- Özünə xətər yetirə biləcəyindən narahat idiniz?

- Bəli, qorxdum ki, ona nəsə olar, intihar edər. Mən onu çox sevdiyimdən dayandım. O dönəmdə intihara son dərəcə yaxın idi. Biz anası ilə də danışmışdıq bu barədə. Anası da mənimlə həmfikir idi. O da Nərminin əhvalının yaxşı olmadığını deyirdi. Mənə də tövsiyə edirdi ki, onunla işin olmasın.

- Səhv etmirəmsə, Nərminin anasından ayrılmısınız...

- Bəli, bu barədə çox geniş danışmaq istəmirəm. Qısaca onu deyim, biz övladımızı itirmişdik. Nərminin anası bu faciəni çox ağır yaşadı. Ciddi səhhət problemləri başladı. Uzun müddət müalicə etdirdik. Dözülməz dərəcədə çətin günlər yaşadıq. Artıq elə mərhələ gəldi ki, həkimlər bir yerdə yaşamağımızın mümkün olmağını dedilər. Biz ayrıldıq, amma Nərmindən uzaqlaşmadım. Təsəvvür edirsinizmi, on altı illik ailə həyatından sonra mən ayrılmağa məcbur oldum, bu çox çətin qərar idi. Sonra o, müalicə aldı, şükür, indi pis deyil vəziyyəti, əlaqə saxlayıram, gücüm yetən dəstəyi verirəm ona. Nərminin anası pis insan olmayıb. Sadə, hamı kimi, övladının yaxşı həyatını, gününü görmək arzusunda olub, amma belə olub... Nə deyim?!

Nərmin anası ilə qalmağı seçdi. Hakim soruşdu niyə, cavab verdi ki, atam bizə sərbəstlik vermir

- Siz ayrılanda Nərmin sizinlə getdi, ya anası ilə qaldı?

- Nərmin anası ilə qalmağı seçdi. Hakim soruşdu niyə, cavab verdi ki, atam bizə sərbəstlik vermir, hər yerə yanımızda gedir, hər yerə özü aparıb-gətirir bizi, o üzdən mən anamla sərbəst qalmaq istəyirəm. Beləcə, anasının yanına, babasıgildə qalmağa getdi.

- Bəs necə əlaqə saxlayırdınız?

- Görüşürdük. Bir gün dedi, ata, sənin yanına gəlirəm, burada qala bilmirəm.

- Niyə?


- Orada Nərminə sevgi, diqqət yox idi. Dedim, qızım, sən mənə lazımsan, gəl. Çox rahat yaşadıq Nərminlə. Yeni ailə qurmuşdum. Məndən çox yeni ailəm sevirdi onu. Anam, yəni nənəsi də onu çox sevirdi. Ancaq bir müddətdən sonra o, yenə qaçıb getdi.

- Onda səbəb nə idi?

- Səbəb Milli Qəhrəman, şəhid Mübariz İbrahimov məsələsi idi.

- Hə, xatırlayıram, şəhidi təhqir eləmişdi...

- Onu məhkəməyə vermişdilər həmin hadisə ilə bağlı. Çox mübahisə elədik bu məsələyə görə. Son sözü bu oldu ki, sən mənim fikirlərimə hörmət eləmirsən, məni dəstəkləmirsən, üzərimdə diktatorluq edirsən. Beləcə, çıxıb getdi.


- Harada yaşayırdı bəs?


- Anasının yanına getdi. Ancaq sonra anası dedi ki, bura hərdən gəlir.

- Sizcə, niyə belə eləmişdi? Şəhidi təhqir eləmək, ailədən, evdən getmək... Bunlar normal davranışlar deyil axı...

- Heç cür anlaya bilmirəm qızımın ətrafında nə baş verdiyini. Mübariz İbrahimov şəhid olanda Nərmin yerə-göyə sığmırdı. Nə qədər təbliğat materialları hazırlamışdı, mənə inanmırsınızsa, onun məllimlərindən soruşun. Onları dinləyin, elə bil onu kimsə təlimatlandırır. O da nəyə görəsə məcbur qalıb bunu edir. Son dəfə gedəndə biz iki ay görüşmədik. İki aydan sonra yenə ürəyim dözmədi, zəng vurdum, xahiş elədim ki, hərdən gəlsin. İndi həftədə bir dəfə görüşürük

- Sizcə, qızınızı belə davranmağa, dəyərləri aşağılamağa, cəmiyyəti qıcıqlandırmağa, özünü guya fərqli təqdim etməyə vadar edən nədir? Lap son olayda, “feministlərin” aksiyasında qızınızı görəndə nə düşündünüz?


- O, daim narazıdır: cəmiyyətdən, hər şeydən, hər kəsdən. Hərdən elə bu cür də statuslar yazır. Mən inanmıram ki, bunu öz ağlı ilə edir. Mənə elə gəlir ki, bunu ona elətdirirlər.
Heç cür anlaya bilmirəm qızımın ətrafında nə baş verdiyini. Mübariz İbrahimov şəhid olanda Nərmin yerə-göyə sığmırdı. Nə qədər təbliğat materialları hazırlamışdı, mənə inanmırsınızsa, onun məllimlərindən soruşun

- Kim və ya kimlər?

- Heç bir təsəvvürüm yoxdur. Bir dəfə də anası mənə dedi ki, Nərminə bu mövzuda daha heç nə demə, onu təhqir edənlər var, məcbur edənlər var... İnanın, mən heç nə, heç bir şey başa düşmürəm. O, bir-iki dəfə hansısa qurumun xətti ilə Gürcüstana getdi. Mən dedim getmə, amma sözümü dinləmədi. O səfərlər də məcburi idi. Onda da hiss edirdim, indi də o qənaətdəyəm. Amma kökünü araşdıra bimirəm. Bir qədər üzərinə gedən kimi deyir işimə qarışma, mən sizə ziyan dəyməsini istəmirəm. Bir də Mübariz məsələsində onun üzərinə çox gəldilər, çox məhkəmələrə verdilər. Onda elə bil insanlar, cəmiyyət Nərmində özünə bir nifrət, qıcıq yaratdı. Kimlərsə də bundan öz məqsədləri üçün yaxşıca istifadə elədilər.

- Sizdən bir şey də soruşacağam. Bu sualı bir ataya vermək bəlkə bir az da ədalətsizdir, bizim mentalitet baxımından bir az da heç doğru deyil, amma peşə və vəziyyət bu sualı zəruri edib. Qızınızın həyat tərzi, cinsi oriyentasiyası barədə xoş olmayan çoxlu söhbətlər dolaşır, bunu siz də eşitmiş olarsınız yəqin ki...


- İnanırsınız, mən qaçıram, gizlənirəm bu sualdan. İstəmirəm məni bu mövzuda kimsə danışdırsın. Mən bunlara inanmaq istəmirəm. İnanmaq mənə çox ağır gəlir. Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır. Müəllim tanışların birindən xahiş etdim ki, kömək elə, qızıma dəstək olum. Müəllim onunla danışdı və mənə dedi, heç bir faydası yoxdur, ona artıq tərəfi seçdirilib. Hətta onu həkimə də apardım. Həkim onu kənara qoyub mənə, əsəblərimlə bağlı müalicə yazdı. Hamı dedi ki, təsir mümkün deyil, imkansızdır, çünki o, tərəfini çoxdan seçib. Bu adam sevgisizdir söylədilər...

Nərminlə bağlı baş verən hər şey onun beyni ilə oynanılmasındadır

- Deyilənə görə, dostlarından birinin – Şərifov Vahidin (ad şərtidir - red) yanında yaşayır. Bu barədə ondan soruşmusunuzmu?


- Mən belə adam tanımıram, artıq üstünə də çox gedə bilmirəm.

- Deyirlər xalasının həyat yoldaşı, milliyyətcə türk olan Hakan (ad şərtidir - red) adlı şəxslə də nə barədəsə gizli məsləhətləşmələr aparır. Bu barədə bildiyiniz bir şey varmı?

- Yox. Bu mövzularda mənə kimsə sual verməsin deyə uzun müddət jurnalistlərdən qaçmışam. İstəmirəm kimsə mənə bu cür suallar versin.

- Son dəfə sizinlə bir yerdə qalmamağının səbəbi kimi nəyi göstərdi?

- Dedi səni incitmək istəmirəm. Burda qalsam, sənə ziyan vuraram dedi. Yenə anasının yanına köçdü, amma orada da yaşamadı, qaçdı oradan da.

- Anası nə deyir? Səhhəti qızına kömək etməyə imkan verirmi?


- Anası ilə danışırıq, o, gücsüzdür. Mən də nə qədər çalışıram dost çevrəsinə girim, maraqlanım, imkan vermir. O nə məndən, nə anasından bir dəqiqə ayrı qala biləcək uşaq olmayıb. Onunla son söhbətimizdə dedi ki, mən sizə zərər vermək istəmirəm. Bilmirəm, bəlkə də mən belə düşünürəm. Amma Nərminin ətrafında baş verənlər onun öz istəyi ilə etdikləri deyil. Elə Mübariz İbrahimovla bağlı məsələ də belə idi. Onun yanında olduğu adamlardan kimsə buna məcbur eləmişdi.

- Separatçı Fəxrəddin Abbaszadə ilə sizin ailənin hansısa yaxınlığı var?

- Heç bir qohumluğumuz yoxdur. Sadəcə bir kənddənik. Cəmi bir dəfə də üz-üzə gəlmişik. Bir də onu eşitdim ki, o, “Talış-Muğan Respublikası” yaratmağa cəhd edənlərlə bir arada olub və ölkədən qaçıb. Başqa heç bir ünsiyyətim olmayıb. Bizi ona görə qohum bilirlər ki, mənim anamla onun soyadı da eynidir...
(musavat.com)

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar