Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Slaymın tərkibindəki bu maddə çox ciddi xəstəliklərə səbəb olur-HƏKİMLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ

Tarix: 27-12-2019 11:48     Baxış: 3467 A- / A+
Slaymın tərkibindəki bu maddə çox ciddi xəstəliklərə səbəb olur-HƏKİMLƏRDƏN CİDDİ XƏBƏRDARLIQ


Uşaqların böyük marağına səbəb olan slaymların zərərləri barəsində mütəxəssislər həyəcan təbili çalır. Belə ki, dükanlarda satılan slaymların uşaqlarda xərçəngə, dəridə səpki və allergik xüsusiyyətli xəstəliklərə səbəb olduğu aşakarlanıb. Artıq bəzi ölkələrdə bu slaymlar qadağan olunaraq mağazalardan kütləvi şəkildə yığışdırılır.

Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Tibb Universitetinin birinci uşaq xəstələri kafedrasının dossenti, həkim pediatr Nigar Sədiyeva mözu ilə bağlı sonxeber.az-a danışıb. O, bildirib ki, slaymların zərərlərindən danışmazdan öncə, onun içində olan bir maddə barədə məlumat vermək istəyir:
"Bu "boraks" maddəsidir ki, həm uşaq orqanizminə, həm də təbiətə ziyan vura biləcək maddədir. Boraks quruluş olaraq nədir? Su,oksigen, natrium və bor elementlərinin birləşməsindən əmələ gəlmiş kimyəvi maddədir. Onun ağardıcı və hər hansı bir şeyin kiflənməsinin qarşısını ala bilən təsirləri var. Bir zamanlar müəyyən gigiyenik təmizləmə üçün ondan istifadə olunurdu. Amma hazırda Amerikada istifadəsi qadağan olunmuş bir maddədir. Belə bir maddənin bizim uşaqlarımızın əlinə, ovcuna gəlməsi əlbəttə ki, onların sağlamlığı üçün çox mənfi nəticələr yarada bilər. Digər tərəfdən, slaym xəmirindəki boraksın istifadəsi dəridə ciddi problemlərə qaşınma, eqzema hətta qara ciyər və mərkəzi sinir sistemində zədələnmələrə gətirib çıxarmaqdadır. Təbii ki, ailələr belə maddələri istifadə etdikdən sonra, onu açıq şəklildə zibil qutusuna atırlar. Boraks çox təhlükəli maddə olduğu üçün onun o artıqları belə təbiətə və heyvanlara zərər vermək xüsusiyyətinə malikdir. Slaym xəmirinin içində olan həmin o, "boraks" maddəsinin ən qorxunc tərəfi uşaqların bilmədən ağzına almaları və tənəffüs yolların getməsidir. Bu, əlbəttə ki, ölümə səbəb ola biləcək təhlükəli bir riskdir.
Digər tərəfdən hansı qrup həstəliklərə gətirib çıxara bilər?
Dəri xəstəliklərinə, alergik xəstəliklərə və bizi narahat edən tərəfləri həm də bundan asılılığın yaranmasıdır. Ona görə bu baxımdan belə maddələrdən istifadə olunmamamsını tövsiyə edərdik.
Eyni zamanda slaym xəmirlərinin içində dırnaq laklarında olan müxtəlif boyalar, köpüklər kimi maddələr də qatılmaqdadır. Bunlarla uşağın birbaşa təması alergik, toksiki reaksiyalara, zəhərlənmələrə gətirib çıxara bilər. Ona görə də uşaqları belə maddələrdən ciddi şəkildə uzaq tutmaq lazımdır. Valideynlərin uşaqlara belə oyuncaqlar almalarını yox, birlikdə ünsiyyət quraraq aktiv oyunlara üstünlük vermələrini tövsiyə edərdim".

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a danışıb. O, bildirib ki, Azərbaycanda bu cür malların ümumiyyətlə ekspertizası aparılmır. Yalnız təhlükəsiz olması barədə məlumat verilir, lakin heç bir tədqiqat getmir. Azərbaycan bazarı dünya bazarına inteqrasiya etmiş olaraq, eləcə də, dünyanın məlumat sistemindən belə zərərli məhsullar barədə məlumatlar olduğu zaman onlar bazardan çıxarılmalıdır.Azərbaycanda slaymların qarşısını almaq üçün heç bir tədbir görülmür. Düşünürəm ki, dünya təcrübəsində nə varsa, Azərbaycanda da öz mənfi izlərini qoyur və bu mallar rahat şəkildə, açıq-aşkar satılır. İstehlakçılara tövsiyə edirəm ki, əgər bu cür mallar qoxu verərsə, rəngi çıxarsa bunları almaq lazım deyil. Çünki həmin qoxu və rəngi çıxan maddələr uşaqların organizminə keçərək müxtəlif xəstəliklərin təməlini qoyur. Qeyd edim ki, Azərbaycanda satılan bu kimi malların əksəriyyəti sertifikatlaşdırılmır və heç bir yoxlamadan keçmir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar