Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Afinanı silkələyən saziş: Türkiyə nələr əldə etdi? – Detallar

Tarix: 01-12-2019 10:46     Baxış: 3388 A- / A+
Afinanı silkələyən saziş: Türkiyə nələr əldə etdi? – Detallar


Türkiyənin Dolmabaxça sarayında bu ölkə ilə Liviya arasında imzalanan “Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşmasının üstünlükləri açıqlanıb.

Manevr.az xəbər verir ki, bu barədə “Yeni akit” qəzetinin yayımladığı təhlil yazısında detallı məlumat verilib.

Nəşrin yazdığına görə, sözügedən razılaşma nəticəsində Türkiyənin qanuni sərhədləri elan edilib:

“Türkiyə Aralıq dənizindəki enerji mənbələrinin paylaşılması və Eksklüziv İqtisadi Zonanın məhdudlaşdırılması baxımından strateji önəm daşıyan Liviyada Xəlifə Haftar yerinə BMT-nin tanıdığı Fayiz əl-Sərrac rəhbərliyindəki Liviya Milli Hökumətini qanuni sayıb. Razılaşma BMT tərəfindən tanınan hökumətlə qəbul edildiyi üçün müzakirələri ortadan qaldırıb”.

Təhlildə razılaşmanın Türkiyə üçün əhəmiyyətli nüansları da təqdim edilib:

– Türkiyə bu razılaşma ilə Aralıq dənizinin qərbindəki qanuni sərhədlərini dünyaya elan edib.

– Türkiyə və Liviya arasında yaradılan dənizdə səlahiyyət xətti Yunanıstanın bölgədəki fəaliyyətlərinə qarşı bir divar çəkib.

– Sevilya xəritəsi ilə 41 min kvadrat km-lik əraziyə sıxışdırılan Türkiyənin sahəsi genişlənib.

– Müqavilə Yunanıstanın Cənubi Kipr və Misirlə Eksklüziv İqtisadi Zona barədə razılığa gəlməsinin qarşısını alıb.

– Müəyyən edilmiş ərazidə neft və təbii qaz axtarışı və qazıntının sənədləşdirilməsində söz sahibi ölkələr Türkiyə və Liviya olub.

– Krit adasından keçən xətt ilə Yunanıstanın bölgədəki söz haqqı ortadan qaldırılıb.

– Bu razılaşma ilə Türkiyə, eyni zamanda, ABŞ, Yunanıstan və Cənubi Kipr rəhbərliyinin “Yeni Sayks-Piko” (100 il bundan öncə imzalanmış Yaxın Şərqin sərhədlərini müəyyənləşdirən məxfi Sayks-Piko müqaviləsi) layihəsinə sədd çəkib.

Qeyd edək ki, sözügedən müqavilə ilə bağlı narahat olan Yunanıstan Liviya səfirinin XİN-ə dəvət edərək, sazişin surətini tələb edib. /Axar.az/


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar