Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Onların arxasında keçmiş MTN-in rəhbərliyi dayanmışdı"

Tarix: 14-12-2016 17:53     Baxış: 5590 A- / A+
"Onların arxasında keçmiş MTN-in rəhbərliyi dayanmışdı"

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərlinin Milli.Az-a müsahibəsini Manevr.az təqdim edir:

- Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu günlərdə "reket jurnalist" deyilən kəslərə qarşı əməliyyatlar həyata keçirib deyə bu mövzu yenidən aktuallaşıb. Sizin "reket jurnlistika" ifadəsinə münasibətiniz necədir?

- "Reketçilik" Cinayət Məcəlləsində konkret tövsifi olan maddədir. Media sahəsində bu ifadə simvolik mənada, qrammatik olaraq dırnaq arasında işlədilir. Mənası da budur ki, hansısa KİV qurumu və ya jurnalist öz fəaliyyətində qanun və qayda pozuntularına yol verir, "Jurnalistlərin Peşə Davranış Kodeksinə" sayğısız yanaşır, insanları haqsız olaraq, qərəzli şəkildə şərləyir, böhtan atır, yazdıqlarının və ya yaza biləcəklərinin qarşılığında qanunsuz maddi maraq və s. güdür. Mətbuat Şurası bu cür KİV-lərə əməllərindən çəkinmək üçün tövsiyələr verir, xəbərdarlıq edir. Əgər bu tövsiyə və xəbərdarlıqlara sayğısız yanaşılırsa, neqativ fəaliyyət davam etdirilirsə və bu yolla vətəndaşların hüquqları tapdanırsa, onda MŞ həmin KİV qurumunun adını "Qara siyahı"ya daxil edir. Amma bu, sadəcə bir ictimai qınaq formasıdır....

- Bəs DTX-nın "reket jurnalistlərə" qarşı əməliyyatlar həyata keçirməsini necə qiymətləndirirsiz?

- DTX-nin son günlər "reket qəzetlər" və onların sahibləri barədə həyata keçirdiyi tədbirlərə ciddi zərurət var idi. Belə ki, Mətbuat Şurası bu əməliyyat nəticəsində saxlanılan şəxslərin, onların rəhbərlik etdikləri KİV qurumlarının adını hələ 2010-ci ildə "Qara siyahıya" daxil etmişdi. Amma həmin qəzetlər və onların sahibləri MŞ-in tənqidlərindən, tövsiyələrindən nəticə çıxarmaq əvəzinə neqativ əməllərini daha da artırmışdılar. Bəlli olduğu kimi, onların arxasında keçmiş MTN-in rəhbərliyi dayanmışdı. Sadə vətəndaşlar bu qəzetlərdən məhkəmələrə müraciət edəndə, bədnam "MTN şəbəkəsi" həmin şikayətçilərə hədə-qorxu gəlir, adamları öz şikayətlərini məhkəmədən geri çəkməyə məcbur edirdilər. Belə yanaşma həm ölkə vətəndaşlarında ruh düşkünlüyü yaradır, həm də mediaya qarşı inamı itirir və jurnalistikanı gözdən salırdı. İndi DTX-nın həyata keçirdiyi tədbirlər, media adna ləkə gətirən şəxslərin təmizlənməsinə yardım edir. Biz hesab edirik ki, "reket jurnalistlər"in şəbəkəsi son günlər saxlanan iki qəzetin rəhbəri ilə yekunlaşmır. Arzuolunandır ki, həmin şəbəkənin bütün üzvləri barədə ölçü götürülsün.

- Belə "jurnalistlər"in hələ də mövcud olmasının əsl səbəbləri hansılardır? Bunun kökünü kəsmək üçün daha nələr edilməlidir?

- Səbəblər çoxdur. Bu təbəqənin sıradan çıxması üçün birgə hərəkət etməyə ehtiyac var: cəmiyyət, Mətbuat Şurası və hüquq mühafizə orqanları, ümumilikdə hər kəs öz üzərinə düşən vəzifəni icra etməlidir. Vətəndaş haqqında qeyri-obyektiv informasiya yayıldığını görəndə şikayət verməlidir, Mətbuat Şurası bu şikayətləri "Etik kodeks" müstəvisində dəyərləndirib cavab verməlidir. Mətbuat Şurasının rəyinin təsiri olmazsa, vətəndaş məhkəmələrə və digər hüquq-mühafizə orqanlarına şikayət etməli, hüququnun bərpa edilməsinə nail olmalıdır. Bu mərhələlərdən birində fəaliyyət duranda problem yaranır. Mətbuat Şurası Peşə Davranış Qaydalarına sayğısız yanaşan KİV-lərə qarşı yarandığı gündən mübarizə aparır. Bu mübarizə 2008-ci ildən etibarən xüsusi proqram üzrə həyata keçirilir. Kampaniyanın gedişatında müsbət nəticələr də əldə edilib. Yəni "reket jurnalistikanın" qarşısının alınması üçün həm hüquqi, metodiki baza hazırlanıb, həm də təcrübi baxımdan əhəmiyyətli addımlar atılıb. Amma yuxarıda qeyd etdik ki, keçmiş MTN-in bəlli qrupu bu məsələlərin məhkəmə müstəvisinə keçməsinə mane olub. Beləliklə, "reket jurnalistlər"in ömrü uzanıb. İnanırıq ki, bundan sonra onların fəaliyyətinə qarşı kompleks mübarizə gedəcək.

Digər bir məsələ də var. Təəssüf ki, çap mediası sahəsində mövqelərini itirən "jurnalistlər" onlayn müstəviyə transfer olublər. Onlayn müstəvi onlara öz fəaliyyətlərini rahat qurmaq üçün şərait yaradır. Belə ki, həm qanunvericilikdəki boşluqlar, həm də onlayn müstəvidə etik standartların müəyyənləşməməsi onlara xüsusi imkanlar verib. Heç bir əziyyət çəkmədən, para sərf etmədən, xüsusi prosedur keçmədən onlayn media resursu yaratmaq və burada "istədiyini yazmaq", yəni kimisə şərləmək, böhtan atmaq, şantaj etmək, haqqında qeyri-real informasiyalar paylaşmaq mümkündür. Belə mühit etik standartlara sayğısız yanaşan xəbər istehsalçılarının onlayn müstəvidə oturuşmaları ilə nəticələnib.

Əlbəttə, bu, onlayn xəbər istehsalçılarının heç də hamısının neqativ əməllərlə məşğul olması, yaxud, onlayn müstəvinin yalnız "reket jurnalistlər"in məkanı olması anlamına gəlməməlidir. Onlayn müstəvi həm texniki imkanları, həm də azad fikir paylaşımı platforması olması baxımından çox böyük hadisədir. Sadəcə, orada neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır. Sevindirici haldır ki, 2013-cü ildən etibarən, onlayn müstəvidə xəbər istehsalının hüquqi tənzimlənməsi yönündə ciddi addımlar atılır, hüquqi çərçivələr dəqiqləşdirilir. Paralel olaraq, yenə 2013-cü ildən etibarən Mətbuat Şurasına da səlahiyyət verilib ki, onlayn medianın özünütənzimləmə prosesini həyata keçirsin. Bu baxımdan inanırıq ki, onlayn müstəvidə də etik standartların möhkəmlənməsinə nail olunacaq.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar