Sizin Reklam Burada
Xəbər lenti
16 oktyabr
15 oktyabr
BÜTÜN XƏBƏRLƏR

"Bəşər tarixində heç vaxt bu cür əxlaqsız dövr olmayıb" - Akif İslamzadə

Tarix: 10-08-2019 11:15     Baxış: 3133 A- / A+
"Bəşər tarixində heç vaxt bu cür əxlaqsız dövr olmayıb"


"Ən böyük arzum odur ki, Allah bundan sonra da məni zəmanə adamı eləməsin”

Manevr.az bu günlərdə 71 yaşını qeyd edən təkrarolunmaz ifaçı Akif İslamzadənin "Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Akif bəy, bu yaşda özünüzü necə hiss edirsiniz?

- Özümü şükür ki, yaxşı hiss edirəm, hər şey yaxşıdır.

- "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Bu ifanız hələ də qəlblərdə sevilir, dinlənilir. Mahnıda ifa etdiyiniz kimi, ötən günləriniz üçün gələcək günlərinizi qurban verərdinizmi?

- Bu sualı mənə çox veriblər. Ötən günlər mənim üçün nostalji ola bilər. Yaşamışıq o dövrü. Hər halda ötən günlərimiz müstəmləkə dövründə olub.

- Özünüzün hazırda dinlədiyiniz müğənnilər varmı?


- Çox əfsuslar olsun ki, indi musiqi elmini əksəriyyəti başa düşmür. Kainatın yaranması səslə olub. Biz bu gün onu səslə də itiririk. Bu gün musiqi sənətini əyləncəyə çevirirlər. Bəzən görürsən ki, səs, görünüş var, amma elmi yoxdur.

Ümumiyyətlə, yaşadığımız dövür tarixin sonuna doğru gedilən yoldur. Hələ bəşər tarixində bu cür əxlaqsız dövr olmayıb. Qədim dövrlərdə olanlar bunun yanında "toya gediləsidir”. İndi kafirlər, pisliklər dövrüdür. Deyirlər ki, guya demokratiya, müxalifət, liberal dəyərlərlə yaşayırlar. Son yüz ildə bəlkə cinayət azalıb? Bunlar hamısı kafirlərin ortaya atdıqları fikirdir, insanları azdırmaq üçündür. İnsanlar Allahın göndərdiyi qayda-qanun əvəzinə insani qanunlarla yaşayırlar. Ona görə də gördüyümüz bu cür mənzərə yaranıb. Baxın görün yaşadığımız dünya nə gündədir. Əgər insanın əlinin altında nüvə silahının düyməsi durursa, hər şeyi pulda görürsə elə beləcə də olmalıydı. Mən Donald Tramıpı nəzərdə tuturam. 30 il bundan əvvəl elə adama heç əl uzatmaz, evə buraxmazdılar. Amma indi adi qarşılayırlar. Çünki indi insanların beyni, düşüncə tərzi də dəyişib. İndi "siqaret çəkməyək” deyə kampaniya aparılır. Belə edirlər ki, baxıb görsünlər ki, kütlə öz-özülüyündə sürüyə çevrilir, ya yox. Yəni indi belə bir əxlaqsız, mənəviyyatsız dövrdə yaşayırıq. Bunu da Allah qəbul etməz, bu da yer üzünün sonuna gətirib çıxaracaq. Çox böyük təlatümlər olacaq, həm təbiət,həm də insanlar arasında. Bunu bəlkə də bizlər görməyəcəyik, amma gənclər görəcəklər. Bu barədə müəqqədəs kitabımızda da var.

Baxın dünya televiziyalarına, "Evronews” kanalına, orda daha çox nəyi təbliğ edirlər? İndi baxırsan ki, daha çox qadınlar dünyanı idarə edir, matriarxatlıqdı. Bunun axrı olmayacaq.

- Sizcə cəmiyyətdəki bu neqativləri necə aradan qaldırmaq olar?


- Ən birinci təhsil sistemi dəyişilməlidir. Gənclər daha da elmləşməli, savadlı olmalı, hadisələri kənardan izləməyi bacarmalıdır. Bəzən gənclərə sual verəndə onların nə qədər savadsız olduğunu görürük, bu çox təəssüfləndirici haldır. Məsələn, əksəriyyəti bilmir ki, Quran sözünün mənası nədir. Halbuki bunun mənası elə kitabın üzərində yazılıb – "oxu” deməkdir.

- Bir qədər öncə dünya televiziyalarından söz açdınız, bəs yerli kanallara da baxırsınızmı?


- Yerli televiziyalarımızda baxılası heç nə yoxdur axı. Hamısı rənglənib, maskalanıb çıxırlar efirə. Bəzən üzdəniraqları, pozğunları göstərirlər, hansı ki, tanrı Nuh dövründə o cür insanları yox eləmişdi. İndi isə bu adi hala çevrilib. Bunları necə qəbul etmək olar?

- İndi çoxları sual edir ki, 30 ildən çoxdur ki, oxumayan Akif İslamzadə indi haradadır, nə işlə məşğuldur?


- Akif İslamzadə indi papağının altındadır.

- Bəs bu yaşda özünüzə nə arzulayırsınız?


- Bu yaşa qədər heç bir vaxt zəmanə adamı olmamışam, Allah bundan sonra da məni zəmanə adamı eləməsin. Həmişə zəmanə adamı olmaqdan qorxmuşam...








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar