Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...

Tarix: 03-02-2019 14:37     Baxış: 21 167 A- / A+
“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


Qarşıdan Xocalı faciəsinin 27-ci ildönümü gəlir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində əsrin faciəsini törətdilər. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi. Səkkiz ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsrin götürülənlərin 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın bu günə kimi taleyi məlum deyil.

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


Moderator.az-ın əməkdaşı ailəsi ilə birlikdə erməni əsirliyində işgəncələrə məruz qalan könüllü döyüşçü Quliyev Hüseynağa Aydın oğlu ilə görüşüb. Yazının birinci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz:
( www.moderator.az/news/257187.html ).

Beləliklə, əməkdaşımızın H.Quliyevlə əsirlik həyatından bəhs edən növbəti yazını təqdim edirik:
“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


“Xocalıdan olan sakinləri mənim də ailəm daxil olmaqla əsir götürdülər...”


“Koridor deyilən yerdə ermənilər qarşımızı kəsib təslim olmağımızı tələb etsə də, mən qayanın arxasına çəkilib gözlədim. Neçə dəfə dedilər ki, silahı yerə qoyun, təslim olun, amma mən təslim olmadım. Bunu özümə yaraşdırmadım. Xocalıdan olan sakinləri mənim də ailəm daxil olmaqla əsir götürdülər. İki yaş yarımlıq olan əkiz oğlanlarım Murad və Fuad, həyat yoldaşım Aybəniz xanım, anam Südabə, qaynım cavan qaynatam və qaynanam da əsir düşdü. Babam Allahverdini isə Xocalıda qətlə yetirdilər. Yanımda döyüşçü yoldaşım Məmmədəli də var idi və o, da qayanın arxasına keçmək istəyəndə onu vurdular və qayadan aşağı düşdü.

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


“Üç ermənidən birini vurdum və özümü qayadan yerə atdım...”

Mən avtomatımı tuşlayıb qarşımda duran üç ermənidən birini vurdum və özümü qayadan yerə atdım. Qar çox olduğu üçün sağ qala bildim, yoxsa başqa vaxt ordan düşən adamın sağ qalması mümkün deyil idi. Yerə düşdükdən sonra başımı qaldırıb gördüm ki, qayanın başında iki erməni durub. Yuxarıdan aşağı atəş açmaq əlverişli olmadığı üçün onlar məni vura bilmədilər. Yaxınlaşıb Məmmədəlinin meyitini çevirdim və gördüm ki, o, artıq həlak olub. Sonra üzü meşəyə tərəf qaçmağa başladım. Arxamdan BMP ilə bir atəş açıldı, məni bir neçə metr kənara tulladı və yerə sərildim. Özümə gəldikdən sonra yenə qaçmağa başladım. İkinci dəfə məni yedən vurdular bu dəfə çox ağır kontuziya aldım. Gözlərimi açanda gördüm ki, iki erməni başımın üstündə dayanıb. Zərbədən qulağım kar olmuşdu, heç nə eşitmirim.

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...
“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


“Həmin gün məni döyüb yanan alovun üstünə atmışdılar...”

Mənə avtomatın qundağı ilə bir neçə dəfə zərbə endirdilər. Sonra özümə gəlib ayağa qalxdım və ermənilər silahımı alıb arxadan məni müşayiət edərək əsir düşərgəsinə apardılar. Yolda bunları öldürmək planı qururdum və ona görə dedim ki, gözləyin əyilib bulaqdan su içim. İstəyirdim ki, bulaqdan su içəndə bunlardan biri yaxınımda olsun və onu vurub silahını aldıqdan sonra digərini də məhv edərəm. Amma ermənilər bunu başa düşdüyü üçün kənara çəkildilər. Çox təəssüf ki, bu planım da baş tutmadı. Məni Naxçıvanikdə yerləşən damı açıq olan bir köhnə fermaya gətirdilər. Bütün əsirləri burda saxlayırdılar. Ən çox hərbçilərə işgəncələr verirdilər. Həmin gün məni döyüb yanan alovun üstünə atmışdılar. Gözlərimi açanda gördüm ki, əlim-ayağım yanıb, əynimdəki hərbi formam yoxdur. Ordakı əsirlər dedi ki, ocaqda yandığın üçün səni ordan götürüb əynindəki yanan paltarları çıxardıq.

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


“Əsirləri bir-bir aparıb başlarını kəsirdilər...”


Məni döyüb tələb edirdilər ki, əsirlərin içində kim hərbçidir bizə adlarını de, amma mən isə bu qədər işgəncələrə baxmayaraq heç kimi satmadım. Hətta özümdə silah olduğunu belə boynuma almadım. Döyüb buzun üstünə qoyudurlar və sonra yanlarına çağırırdılar, amma qalxa bilmirdim. Əsirləri bir-bir aparıb başlarını kəsirdilər. Bəzən də başsız meyitin üstündə mənim də boğazıma bıçaq söykəyib danışmağımı tələb edirdilər. Burnumu, sol qolumu, başımda beyin sümüyümü qırmışdılar. Döyüb sonra getirib fermaya atırdılar və səhəri gün özümə gəlirdim. Çənəmi də, dişlərimi də qırmışdılar və ona görə ac, susuz qalırdım.

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


“Onların qadınları da bizə qarşı qəddar idi...”


Erməni qadınları gəlib Qarabağda həlak olan oğlanlarının ad gününə əsir seçib aparıb qəbrinin üstündə başını kəsdirirdilər. Amma bunu bizim şəhid anaları heç vaxt etməz. Onların qadınları da bizə qarşı qəddar idi. Bir gün düşərgəyə gəlib soruşdular ki, burda Hüseynağa kimdir? O qədər döymüşdülər ki, hərəkətim yox idi, güclə sağ əlimi qaldırıb dedim ki, mənəm. Gələnlər erməni idi, amma bizim dildə danışırdılar. Sonradan bildim ki, məni dəyişməyi Milli Qəhrəmanımız Allahverdi Bağırov tapşırıb. Ermənilər öz aralarında məndən danışıb dedilər ki, bu ölür, o biri də dedi ki, öldürməyin, qoy burdan gedəndən sonra ölsün. Məni gətirib dəyişdirəndə təxminən 10-15 metr gedib yerə yıxıldım və ondan sonrası yadımda deyil. Bir də gözlərimi xəstəxanada açdım.

“Anam üzümü öpəndə görüb ki, burnumdan istilik gəlir...”

“Məni dəfn edəndə anam deyib ki, heç olmaya sonuncu dəfə üzünü görüm...” -Səkkiz gün erməni əsirliyində...


Sonradan bildim ki, məni Ağdamda məscidə gətiriblər. Gözlərim görmürdü, amma orda hiss edirdim ki, üzümə işıq düşdü. Orda dayım Ələmdar Quluzadə meyitxanada baş çəkib öldüyümü biləndə ağlayıb. Anam da orda olub və xahiş edib ki, heç olmasa sonuncu dəfə üzünü görüm. O qədər döyülmüşdüm ki, nəfəs almağım bilinmirdi, amma anam üzümü öpəndə görüb ki, burnumdan istilik gəlir. Tez deyib ki, oğlum ölməyib, xəstəxanaya aparaq. Ordan məni ağır vəziyyətdə Tərtərə xəstəxanaya gətiriblər, Tərtərdən isə Bakıya gətirərək xəstəxanaya yerləşdiriblər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar