Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Nobelə bir şəxsiyyət kimi sayğım yoxdur"- Əyyub Qiyas

Tarix: 10-12-2018 12:46     Baxış: 4957 A- / A+
"Nobelə bir şəxsiyyət kimi sayğım yoxdur"- Əyyub Qiyas

Bu gün Nobel mükafatının yaradıcısı Alfred Nobelin vəfatı günüdür

Ona ehtiram olaraq Nobel mükafatı hər il qaliblərinə dekabrın 10-da təqdim edilir.
Manevr.az aznews.az-ın bu münasibətlə yazıçı Eyyub Qiyasla Nobel mükafatı haqqında müsahibəsini təqdim edir:

- Nobel mükafatının yaranma səbəbi və əhəmiyyəti barədə qısa məlumat verərdiniz.

- Bəri başdan deyim ki, Nobelə bir şəxsiyyət kimi sayğım yoxdur. Səhv etmirəmsə, Nobel öləndən sonra vəsiyyətnaməsi açıqlanıb və orada 6 sahə üzrə Nobel mükafatı təsis etdiyi aydın olub. Məsələn, fiziologiya üzrə mükafat təsis etməyini anlamıram. Məncə, musiqi üzrə mükafat olmalıydı. Nobel sülh mükafatı da lazımsızdır. Məncə kimya və fizikanı da birləşdirmək olardı. Amma ədəbiyyat üzrə mükafat təsis eləməyini alqışlayıram.

- Riyaziyyat üzrə də Nobel mükafatı verilmədi.

- Şayiələrə görə, Nobelin arvadı ona bir riyaziyyatçı ilə xəyanət edib. O, da acığa düşərək riyaziyat üzrə Nobel mükafatı təsisi etməyib.

- Yuxarıda dediniz ki, Alfred Nobelin şəxsiyyətinə hörmətiniz yoxdur? Buna səbəb nədir?

- Azərbaycanın pulu ilə mükafat təsis edən və vəsiyyətnaməsində bu barədə nəsə yazmağa cürət etməyən adamın şəxsiyyətinə qəti hörmətim ola bilməz.

- Siz də o iddiadasınız ki, Nobellər bizim neft pulları ilə varlandıqları üçün heç olmasa, bir azərbaycanlıya Nobel mükafatı verməli idilər?

- Yox, bütün mükafatlar ancaq layiq olanlara verilməlidir. Amma Nobel mükafatının əsasnaməsinə Azərbaycanla bağlı bir bənd mütləq qeyd olunmalıydı. Ümumiyyətlə, Nobel öz vəsiyyətində bunu etiraf etməliydi. Siz bilirsiniz də, Nobel Azərbaycana nə üçün gəlmişdi? Tüfəng qundağı üçün ağac axtarırdı, amma sonra neft maqnatı oldu. Yəni “Azərbaycandan kimsə mütləq mükafat almalıdır” demək düz iddia deyil. Amma Azərbaycan Nobel komissiyasında təmsil olunmalıydı. Məncə, bu yaxşı olardı. Hörmət olardı o pulun mənbəyinə.

- Ədəbiyyat üzrə ilk Nobel mükafatının Lev Tolstoya deyil, Prüdoma verilməsi sizcə tarixi ədalətsizlik idimi?

- Ədəbiyat üzrə ilk Nobel mükafatının Tolstoya yox, Prüdoma verilməsini Nobel mükafatı tarixində ən rəzil hadisə kimi qəbul edirəm. Prüdomu, ümumiyyətlə, ciddi şair kimi qəbul etmək olmaz, çünki o, yaxşı şair olsaydı bu gün vətənində xatırlanardı, amma indiki Fransada onu demək olar tanıyan yoxdur.

- Siz mütəmadi şəkildə Nobelçilərin əsərlərindən nümunələr tərcümə edirsiniz. Bəzən elə imzalara müraciət edirsiniz ki, onları Azərbaycan oxucusu demək olar tanımır.

- Ədəbiyyat üzrə mükafatçıların artıq 94-ünü tərcümə eləmişəm, bunlar arasında uğurlu və çox uğurlu tərcümələr də var, yalnız tərcümə və təqdimat xatirinə olanlar da. Elə imzalar var ki, Azərbaycan oxucusu onları tanımasa yaxşıdır. Son dərəcə primitiv müəlliflərə rast gəlmişəm, amma əjdəhalar da var və adam oxuduqca sadəcə ədəbiyyatın gerçək üzünü görür.

- Siz 2015-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı almış Svetlana Aleksieviçin “Müharibənin qadın üzü” romanını dilimizə çevirmisiniz. Onun Nobelə layiq olmadığını düşünənlər var. Bu barədə siz nə deyə bilərsiniz?

- Yox, Svetlana Nobelin şərtlərinə uyğun gələn müəlif idi. Ümumiyyətlə, indi ədəbiyyat üzrə Nobel mükafatı siyasi xarakter daşıyır. Svetlana da mühacirət etmişidi. Amma əsərləri özünəməxsus bir üslubda yazılıb, bu baxımdan ona Nobel düşürdü. Bob Dilanın niyə mükafat aldığını indi də başa düşə bilmirəm. Məncə o, Nobel tarixinin üzqarası bir hadisədir.

- Bəs sonuncu Nobel mükafatçısı Kazuo İşiquronun mükafat almağını necə qiymətləndirirsiniz?

- İşuquro yaxşı yazıçıdır. Mən onun 3 romanını oxumuşam, üçündən də ləzzət alamışam. Adam peşəkardır.

- Ədəbiyyat üzrə Nobel mükafatı bu il təqdim edilmədi. Səbəb isə akademiya üzvlərindən birinin həyat yoldaşının adı ətrafında baş verən seksual qalmaqal oldu. Sizcə məlum hadisə mükafatın nüfuzuna təsir edəcəkmi?

- Əlbəttə, edəcək. Mən bayaq dedim, son illər Nobel siyasiləşdi, öz xarakterini dəyişdi. Bu proses başlayandan bəri mükafatın nüfuzu laxladı. Məncə, ümumiyyətlə, Nobel mükafatı yaxın illərdə ləğv olunacaq. Çünki proses ona doğru gedir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar